Hər sirrini dostuna açma, bir gün düşmənin olmayacağını hardan bilirsən?(Sədi Şirazi)
Heç kim müvəffəqiyyət pillələrini əlləri cibində qalxmamışdır. (J.Kelh Moorhend)
Dünyanın ölməyən bir qanunu var, bir yandan boşalar, bir yandan dolar.(Səməd Vurğun)
Cənnətə girmək heyrət ediləcək bir şey deyildir, mərifət bu dünyada da Cənnətə nail olmaqdır.(Hz. Əli)
Ya ümidsizsiniz, ya da ümid sizsiniz.
Ya çarəsizsiniz, ya da çarə sizsiniz.(Behçet Necatigil)
Sən nə qədər bilirsən bil, söylədiklərin qarşındakının bildiyi qədərdir.(Mövlana)
Ölüm gəlmədən həyatın, xəstəlikdən əvvəl sağlığın, boş vaxtdan əvvəl məşğuliyyətin, qocalıqdan əvvəl sərvət və zənginliyin qədrini bilin.(Hz. Məhəmməd)
Başqalarının bəxtəvərliyinə qibtə etmə, çoxları vardır ki, sənin həyatına qibtə edirlər.(Mövlana)
Hər kəsin inamını itirən daha nə itirsin?(Sirus)
Kiçik insanların böyük qüruru olar.(Volter)
Eyni dili danışanlar deyil, eyni hissləri paylaşanlar anlaşa bilir.(Mövlana)
Hər ümidsiz işdə xeyli ümid var,
Qaranlıq gecədən ağ səhər doğar.(Nizami)
Axtardığını bilməyən, tapdığını anlayamaz.(Claude Bernard)
Hər bildiyini söyləmə, fəqət hər söylədiyini bil.(Marcel Lenoir)
Ağzında bal olan arının quyruğunda iynəsi vardır.(John Lyly)
Heç ölməyəcəkmiş kimi dünya üçün,sabah öləcəkmiş kimi də axirət üçün çalış.(Hz. Məhəmməd)
Qadın gözəlliyi atəşə bənzər, yaxınlaşmayana zərər vurmaz.(Servantes)
Dəniz özü üçün dalğalanır, çöpə isə elə gəlir ki, dəniz onun üçün dalğalanmışdır.(A.Bakıxanov)
Dostu sevirəm amma, düşmən də işə yarar,
Dost gücümü göstərir, düşmən də zəifliyimi.(Şiller)
Təbəsssüm ən asan bir yaxşılıqdır.(Nail Papatya)