Qadin.NET / Tanımadığımız bitkilər

Tanımadığımız bitkilər

Əziz Qadin.Netlilər! Bu xəbəri sizin üçün hazırlamışam. Burda müxtəlif bitkilərdən bəhs olunur. Xoşunuza gəlsə, bu xəbərin ikinci hissəsini hazırlayacam. Buyurun, şərhlərinizi bildirin.

Nepentes (küpəotu) bitkisi çox maraqlıdır. Bu bitkidə yarpağın yuxarı hissəsi qapalı küpəyə oxşayır və tutucu aparat funksiyasını yerinə yetirir. Küpə ilə yarpaq arasında olan sapşəkilli daralmış hissənin köməyilə bitki özünü dayağa bərkidərək küpələri asır. Bu küpələr çiçəyə oxşayır. Küpənin kənarlarından və  qapağından damcı şəklində şirin maye ifraz olunur.Bu, həşəratı cəlb etmək üçündür. Küpəli bitkilərə Asiyanın tropik meşələrində təsadüf olunur. Bunlar hündürlüyü 35 sm, gövdəsinin diametri 8 mm olan bitkidir.

Aqava - Hündürlüyü 15 m olan Meksika aqavası dunyanın ən iri çiçək qrupuna malik monokarp (ömründə yalnız bir dəfə çiçək açan və meyvə gətirən bitkilərə monokarp bitkilər deyilir) bitkidir.

Raffleziya - dünyada ən iri tək çiçəyi olan bitkidi.

Sekvoya - Kütləsinə görə ən iri ağacdır, ABŞ-ın Elunston parkında olan nəhəng sekvoyadır, bu ağacların diametri 8-20 m, hündürlüyü 100 metrdən çoxdur. Bunların yaşı 4-6 min il arasındadır.

Efedra - Adətən kiçik boylu, qol-budaqlı (bəzən liana şəkilli) və çox böyük olmayan ağaclardır. Zoğları şimşəkilli, buğumludur, yarpaqları reduksiyaya uğrayıb, qarşı-qarşıya yerləşir. 40-a qədər növü vardir. Avrasiya, Şimali və Cənubi Amerikanin səhra, çöl və dağ rayonlarında yayılıb. Əksər növlərin tərkibində təbabətdə istifadə olunan eferdrin alkoloidi var.

Pomidor - Pomidor daha əhəmiyyətli  tərəvəz bitkisidir. Onun vətəni Cənubi və Mərkəzi Amerikadır. Avropada XVI əsrdən Rusiyada, XVIII əsrdən becərilir. Pomidorda C, B, P, K vitaminləri, karbohidrat, alma və limon turşuları var. Pomidor istisevən bitkidir, 1-2 dərəcədə tələf olur. Onun böyüməsi və inkişafı üçün 20-28 dərəcə istilik lazımdır.

Çay bitkisi - İlk dəfə çay bitkisinin yetiişdirilməsinə Lənkəran, Astara, Masallı rayonlarında başlanılmış, sonralar isə Balakən, Zaqatala və Qax rayonlarında əkilmişdir. Bu bitkinin vətəni Cənub-Şərqi Asiya hesab olunur. Çay həmişəyaşıl kol və ya ağac bitkisidir. Onun əsas  iki növü mədəni şəkildə becərilir. Onlardan biri Çin çayı, digəri isə Hindistan çayıdır.Çay Krasnodar diyarında Qərbi Gürcüstanda, Azərbaycanın Lənkəran-Astara zonasında becərilir. Çayın yarpağı kofein C, P, PP, B, A, K vitaminləri ilə zəngindir. Onun yaşıl yarpaqlarından "qara çay", "yaşıl çay" hazırlanır.Onların dəmləməsindən alınan çay insanın tonusunu qaldırır.

Banyan - Banyan, benqal fikusu-fikus cinsindəndir (yaxın "qohumu" əncir-fikusakarik). Öz inkişafına epifit kimi (yəni ağacların budaqlarında) başlayır, çoxlu hava kökləri əmələ gətirir, bu köklər yerə çatır, köklənir və gövdənin görünüşünü və funksiyasını əldə edir, çətiri böyüyür, ağacın özü məhv olur. Nəticədə qeyri-adi ağac - meşə əmələ gəlir. Həm də banyanın vətəni Hindistandır.
1 noyabr 2013
GO BACK