Tez-tez, bəzən də hər gün işdən evə gələndə və ya bazarlığa gedən zaman mütləq qazlı, ya da ki qazsız içkilər alırıq . İçdikdən sonra boşalan şüşələri adətən zibil qutusuna atırıq. Bir az düşünün, boşalmış şüşələrdən evimiz üçün yararlı bir əşya kimi niyə istifadə etməyək? Üzərinə parçadan, lentdən, yaxud da toxunma iplərdən bəzək düzəldib güldan kimi isdifadə edə bilərik. Mən də bu gün sizə bəzədilmiş şüşələrdən bir neçəsini təqdim edəcəm. Ümid edirəm ki sizə bir qədər fikir vermış olaram.
Şüşənin üzərinə güllü parça, bir az güpür parça, bir az da qaşlardan isdifadə edərək ortaya gözəl bir görünüş çıxmışdır.
Burda isə qəzetdən istifadə olunub.
Ağ rənglə qızılı rəngin uyumu çox gözəldir.
Burda isə şüşənin üzərinə xırda daşlar yapışdırılıb.
Evinizdə istifadə etmədiyiniz muncuqlar varsa, onları şüşənin üzərinə zövglə yapışdıra bilərsiniz.
Bunun da qeyri-adi görünüşü var.
Uşaqlarınız üçün gözəl hədiyyə olar.
Qonaqlıq zamanı süfrəyə qoyacağınız şampan şüşəsini bəzəyə bilərsiniz.
Həm gözəldir, həm də bəzənməsi sadə formadadır.
Toy mərasimi üçün nəzərdə tutulmuş şamla şüşənin naxışı eynidir.
Toxuma qabiliyyətiniz varsa, belə gözəl formalar toxuyub şüşənin üzərinə keçirə bilərsiniz.
Üzəri günəbaxanla bəzədilmiş şüşə də gözəldir.
Bu isə ilk baxışda şüşəyə oxşamır, amma gözəl görünüşü var.
Gəlinlə bəy üçün nəzərdə tutulmuş bəzəklərdir.
Toyunuzda şampan şüşələrini belə formada bəzədə bilərsiniz.
Sadə və gözəldir.