Qadin.NET / Bilirəm ki,bunları çoxunuz bilmirsiz

Bilirəm ki,bunları çoxunuz bilmirsiz

 

Nə qədər süd içməliyik?
 
 Bilirəm ki,bunları çoxunuz bilmirsiz
Düzünü desəm mən südə nifrət edirəm.Amma qabda olan südləri çıxmaq şərti ilə.Nə qədər süd içməliyik?- bu suala cavab verim:
 Gün ərzində yarım litrdən çox süd içən uşaqlarda dəmir çatışmamazlığı əmələ gəlir.Bu da beyinin inkişafına mənfi təsir edir.Eyni zamanda qan azlığına və diş çürüməsinə də səbəb olur.Bundan başqa , daim və bol miqdarda süd içmək rejimsiz qidalanmağa da gətirib çıxarır.Ona görə də hər zaman birtərəfli deyil, hərtərəfli qidalanmaq lazımdır.
 
Nə üçün özümüzü qıdıqlaya bilmirik?
Bir insanı qıdıqladıqda dərisinin səthində olan kiçik sinir lifləri dərhal hərəkətə gəlir və beyinə siqnallar göndərir.Bu zaman beyin oyanıqlığı çoxalır, nəbz və ürək döyüntüsü sürətlənir.Bununla yanaşı beynimiz elə yaradılmışdır ki, vücudumuza edilən təmasların hansının bizə və hansının kənara olduğunu müəyyən edir.İlk növbədə onlara reaksiya verir.Məsələn, əlimizi ocağa vuranda əmələ gələn reflekslər kimi.Ona görə də kimsə bizi qıdıqlayanda reaksiya veririk.Amma özümüz-özümüzü qıdıqlamağa çalışdıqda beynimiz buna qarşı həssaslığını azaldır və qıdığımız gəlmir.
Bəs siz necə özünüzü qıdıqlaya bilirsinizmi?
13 dekabr 2010
GO BACK