Bu xəbər mənə də maraqlı gəldiyinə görə sizin üçün hazırlamaq qərarına gəldim. Ustanın dediyinə görə, qışda onun evi isti, yayda isə sərin olur. Çünki şüşə butulkaların içi hava ilə dolu olduğundan çöldəki hava içəri daxil olmur. Buyurun, butulkadan olan evin digər şəkillərinə də baxa bilərsiz. Əminəm ki, çox xoşunuza gələcək.
Butulkalar sementlə bərkidilib.
İnşaatçının dediyinə görə inşaat üçün ən keyfiyyətli və ən incə butulkalar lazım olub.
Vladimir deyir ki, onun dostları, tanışları, iş yoldaşları, qohumları butulka yığmaqda ona kömək ediblər. O, şüşə sexlərindən bir butulkanı bizim pulla 20 qəpiyə alırmış.
Butulkaların yığımı çox vaxt aparıb.
O, 160 ədəd çertiyoj çəkib, kartondan maketlər hazırlayıb, nəhayət bu evi tikməyə qərar verib.
Jurnalda bu evlər haqqında oxuduqdan sonra belə bir qərara gəlib.
Vladimir zavod işçisidir, 1990-cı ildə özünə torpaq sahəsi aldıqdan sonra arxitektorluq etmək həvəsinə düşüb.
Öz torpaq sahəsində iki mərtəbəli evi tikmək üçün 20 il ömür və 80.000 butulka sərf edib.