Qadin.NET / Ana Vətənimiz - Uşaqlarımız

Ana Vətənimiz - Uşaqlarımız

Bir gün seminara başlamazdan əvvəl qısa boylu, gülər üzlü biri gəldi, "Müəllimim əlinizi öpmək istəyirəm", dedi. Mən əl öpdürməkdən çox xoşlanmadığım üçün, yanaqdan öpüşək, dedim, öpüşdük. Aramızda belə bir söhbət oldu:
- Xeyir ola, niyə əlimi öpmək istədin?
- Müəllimim, üç il əvvəl sizin bir seminarınıza qatıldım. Həyatım dəyişdi.
O seminardan sonra daha xoşbəxt bir ailəm var və sizə təşəkkür etmək istəyirəm; onun üçün əlinizi öpmək istədim.
- Nə oldu, necə oldu?
- Üç il əvvəl şirkətimizin təşkil etdiyi iki gündəlik bir seminarda bizimlə bərabər idiniz. O seminarın bitməsinə yaxın dediniz ki, "Bir insanın ana vətəni uşaqlığıdır. Uşaqlığını doya-doya yaşaya bilməmiş bir insanın xoşbəxt olması çox çətindir. Bir ananın, bir atanın ən əhəmiyyətli vəzifəsi, uşaqlarının uşaqlığını doya-doya yaşamasına imkanlar yaratmaqdır. "Bir müddət susdu, bir şey xatırlamaq istərmiş kimi düşündü, sonra danışmağa davam etdi:
- Hətta, bunu da  söylədiniz; dediniz ki, "Bir xalqın ən əhəmiyyətli vəzifəsi uşaqlarının uşaqlığını doya-doya yaşamasına imkanlar yaratmaqdır." Mən sizi eşitdiyim zaman öz özümə düşündüm: Mən bir ata olaraq evladımın uşaqlığını doya-doya yaşamasına fürsətlər yaradırammı? Belə bir problemin o zamana qədər heç ağlıma gəlmədiyini fərq etdim. Mən nə edirəm, deyə düşündüm.
Mənim etdiyim sanıram bir çox atanın etdiyinin eynisi idi. Doqquz yaşındakı oğlum mən işdən evə gəlincə məni görməməyə, məndən qaçmağa çalışırdı. Niyə qaçmağa çalışırdı, bilirsinizmi, müəllimim?
- Xeyr, niyə?
- Çünki onu görüncə dərhal bu sualı soruşurdum. "Oğlum bu gün tapşırığını etdinmi?" Qəribə qəribə baxır, gözünü qaçırır, daha da sıxışdıranda, "xeyr" mənasını verən, "nırç" səsini çıxarırdı. Hirslənirdim, deyinirdim, "Niyə etmirsən tapşırığını!" deyirdim.
Aramızda davamlı mübahisələr, sürtüşmələr meydana gəlirdi. Təbii bunun nəticəsində bütün ailə narahat olurdu.
Burada bir az susdu, nəfəsini dərdi. Sanki xatırlamaq istəmədiyi xatirələr vardı; onların öhdəsindən gəlməyə çalışırdı. Sonra danışmağa davam etdi:
- Mən sizin seminarınızdan çıxdıqdan sonra düşünməyə başladım. "Mən necə atayam?" deyə özümə soruşdum. Seminar üçün gəldiyim şəhərdən iş yerimə gedənə qədər düşündüm avtobusda, bütün gecə düşündüm və sonra öz özümə dedim ki, yoldaşımla danışım, biz birlikdə bir qərar alaq. Deyək ki, bu uşaq istəsə beş il sinifdə qalsın, amma doya-doya uşaqlığını yaşasın.
- Radikal bir qərar!
- Bəli, amma bu qərar içimə çox yaxşı gəldi, müəllimim.
Gərginliyim, kədərim getdi, içim rahatladı. Mən evə gəlincə yoldaşıma dedim ki, gəl otur, danışaq. Yeməkdən sonra oturduq danışdıq, uşaqlar yatdı biz danışmağa davam etdik. Seminarda izah edilənləri danışdım, belə-belə deyə izah etdim ona və ən nəhayət dedim ki, mənim könlümdən nə keçir sənə söyləyim. Bizim oğlumuz var a bizim oğlumuz, o istəsə beş il sinifdə qalsın, amma uşaqlığını yaşasın! İndiyə qədər onun uşaqlığını yaşamasıyla ilə əlaqədar çox səy göstərmədik, mümkünlüyünə buraxdıq. Gəl indi dəyişdirək bunu.
- Yoldaşınız nə dedi?
- Müəllimim, bilirsənmi nə oldu?
- Nə oldu?
- Arvadım heyrətlə mənə baxdı və dedi ki, "Bu nə seminardır! Kimdir adam? Elə şey olar; yox bizimki uşaqlığını yaşayacaqmış! Bizim uşaq uşaqlığını yaşayarkən o birisilər siniflərini keçəcək, irəliləyəcək! Elə şey olmaz."
- Anlayıram; ana olaraq uşağının geridə qalmasını istəmir, narahat olur!
- Lakin müəllimim mən məğlub olmadım, buraxmadım, mübarizəyə davam etdim.
Hər gün, hər axşam gecə yarılarına qədər arvadımla danışdım. Üç gecənin sonunda mənə, yaxşı, nə istəyirsən onu et, dedi.
- Yaxşı, sən nə etdin?
- Onu dediyi günün səhəri rahat ev geyimimi, ayaqqabımı qapının yanına qoyub işə getdim; işdən dönüncə oğlumun gözünə baxdım və dedim ki, oğlum bu gün doya-doya oynadınmı? Mənə heyrətlə baxdı və "Xeyr!" mənasını verən "nırç" dedi. O zaman, gəl birlikdə aşağıya enəcəyik, oynayacağıq, dedim.
Əynimi geydim, ayaqqabımı geydim, onunla birlikdə küçəyə çıxdıq. Pəncərədən yoldaşları baxırlarmış, onlar da küçəyə çıxlar; birlikdə küçədə oyun oynadıq. Axşam saat altıdan səkkizin yarısına qədər küçədəydik. Evə gəlincə toz torpaq içindəyik, birlikdə duşa girdik, duş qəbul etdik. Dəsmalla quruladım, çox xoşbəxtdik və o gündən sonra işdən dönüncə hər gün onunla oynamağa başladım. Hər gün, hər gün, hər gün oynadım.
Yeddi ya səkkiz gün sonra idi yəqin, bir gün duşdan çıxarkən onu qurulayırdım dəsmalla, qolumu tutdu, mənə döndü və dedi ki, ata, mən səni çox sevirəm. Müəllimim, nəfəsim dayandı, gözlərim yaşardı, danışa bilmədim. Çünki fərqinə vardım ki, indiyə qədər sevdiyini heç söyləməmişdi. Düşündüm, indiyə qədər heç söyləmədiyinin fərqində deyildim; bəlkə ömür boyu söyləməyəcəkdi.
"Nə böyük təhlükə!" deyə düşündüm. Ömür boyu onun mənə bu cümləni söyləmədiyinin fərqində olmayacaqdım.
- Demək fərqinə vardın, səni təbrik edirəm. Sənin fərqinə vardığın bu vəziyyət bir çox ana və atanın fərqində olmadığı gizil, örtük altındadır, amma əhəmiyyətli bir təhlükə!
- İçimdə bir şükr duyğusu, dəsmalla uşağımı quruladım və geydirdim və artıq hər gün oyun oynamağa davam etdik. Zaman keçdi, iki həftə sonra məktəb, müəllim-valideyn görüşməsi üçün məktəbə dəvət etdi. Daha əvvəlki iclaslarda müəllim, "Sizin oğlunuz ağıllı bir uşaqdır, amma tapşırıqlarına diqqət yetirmir. Sinifdə yoldaşlarını narahat edir, onları itələyir, lütfən onunla danışın. Tapşırıqları ilə maraqlanın, sinifdə yoldaşlarını narahat etməsin. Tapşırıqlarını doğru dürüst etsin," demişdi. O səbəblə müəllim görüşməsinə getməkdən çəkinirdim.
Bu dəvət gəlincə mən yoldaşıma dedim ki, haydı məktəbdəki görüşməyə birlikdə gedək!
Yox, dedi, sən tək başına gedəcəksən, mən gəlməyəcəyəm.
- Yoldaşınız gəlmək istəmədi!
- Xeyr, istəmədi. Birlikdə gedək, deyə israr etdim, xeyr, sən tək gedəcəksən dedi. Mən tək getdim və digər valideynlər gəldikcə növbənin məndə olduğu halda lap arxaya keçdim ki, başqa kimsə olmadan müəllimlə danışım, deyə.
Xəcalətli olacağamı düşünürdüm. Hər şeyin daha pisə getdiyini düşünürdüm. Ən nəhayət bütün vəlilər müəllimlə danışmalarını bitirib getdilər.
İndi mənim növbəmdir. Müəllimin qarşısına keçdim, mənə baxdı gülümsədi, siz nə etdiniz bu uşağa, dedi. Heç cavab vermədim, önümə baxdım. Lütfən söyləyin nə etdiniz bu uşağa, dedi. "Çoxmu pisdir müəllimim?" deyə soruşdum. Gülümsədi, xeyr, pis deyil, dedi. "Artıq sinifdə yoldaşlarını heç narahat etmir, tapşırıqları yaxşılaşdı, tam istədiyim şagird oldu. Nə etdiniz bu uşağa siz?"
- Hərhalda bir ata olaraq çox xoşbəxt oldunuz?
- Müəllimim bilirsinizmi, müəllimin qarşısında ağlamaya başladım.
İnana bilmirdim qulağıma, içimdən, vay, övladım, biz sənə nə etdik indiyə qədər, duyğusu vardı. Evə gəldim, arvadım üzümə baxdı, gözlərəm ağlamaqdan qıpqırmızı idi. "O qədərmi pis?" deyə soruşdu. Ona da cavab verə bilmədim müəllimim, ona da cavab verə bilmədim! Ağladım. Daha sonra izah etdim.
Müəllimim, onun üçün sizin əlinizi öpmək istədim, təşəkkür edirəm. Mənim oğlumun və kiçik qızımın həyatını qurtardınız. Ailəmin xoşbəxtliyi xilas oldu. Həqiqətən bir insanın ana vətəni uşaqlığıymış. Ana vətəni xoşbəxt olan bir uşaq işini, məktəbini, hər şeyini bütün gücüylə edər və orada müvəffəqiyyətli olarmış.
"Gəl səni yenidən qucaqlayım!" dedim. Qucaqlaşdıq.
"Uşaqlar gülsün deyə!" yaşayaq. Çünki insanın ana vətəni uşaqlığıdır.
Uşaqlar gülərək, oynayaraq böyüsə, sonunda böyüklər gülər.
Böyüklər xoşbəxt olub gülümsərkən bütün ölkə, bütün insanlıq gülər.
Uşaqların gülməsinə xidmət edən hər kəsə salam olsun! 
4 oktyabr 2013
GO BACK