Hər canlı özünü müdafiə edə biləcəyi fərqli qabiliyyətlərlə birlikdə yaradılmışdır. Heyvanlardakı ən önəmli müdafiə metodlarından biri kamuflyajdır (maskalanmaq, gizlənə bilmək). Allah bəzi canlıları yaşadıqları mühitdə gizlənə biləcəkləri formaya və naxışlara sahib olaraq yaratmışdır. Bir yarpaqla və ya bir ağacın naxışları ilə qeyri-adi bənzərlikdə olan canlılar bunun sayəsində öz düşmənlərindən gizlənməyi bacarırlar.
1. Kamuflyajın ən mahir ustalarından biri heç şübhəsiz buqələmundur. Rəng dəyişdirmə bacarığı olduğuna görə o bu işdə daha sürətlidir.
2. Qurbağaların da etdiyi kamuflyaj onlar ucun çox mühüm qorunma üsuludur.
3. Bu kəpənəklər isə qurumuş yarpağa bənzəyir. Bu üsulla düşmənlərindən qorunmağa çalışır.
4. Həm ovlanmaqdan qorunmaq üçün, həm də ovunu asanlıqla ələ keçirmək üçün kamuflyajdan istifadə edən canlılardan biri də bayquşlardır.
5. Bu isə Patoo adlı quşdur. Allah bu quşa "təqlid edə bilmə" qabiliyyəti vermişdir. Tükləri ilə eyni rəngdə olan ağacın budağında onu çətinliklə seçmək olur.
6. Kamuflyaj bacarığı ilə fərqlənən, bu cur müdafiə üsullarından yararlanan canlılardan biri də kərtənkələdir.
7. Böcəklər də özlərini qorumaq və eyni zamanda da ov etmək üçün bu üsuldan istifadə edirlər.
8. Bu şəkildə qurumuş otların arasında gizlənməklə müdafiə olunmağa çalışan ceyranı seçə bildinizmi? O da bu yolla düşmənlərindən qorunmağa çalışır.
Heç bir canlı bu cür müdafiə üsullarını öz-özünə və ya təsadüfən gerçəkləşdirə bilməz. Kamuflyaj bacarığını və ya rəng dəyişdirmə xüsusiyyətini onlara bəxş edən şübhəsiz ki, sonsuz qüdrət sahibi olan Allahdır.