Qadin.NET / Lazer epilyasiyası

Lazer epilyasiyası

 

 

Arzu olunmayan tüklərdən xilas olmaq üçün bir çox üsul var. Ancaq heç biri lazer epilyasiyası kimi qalıcı bir təsirə sahib deyil. Bədəndə arzu olunmayan tüklərdən xilas olmağın ən doğru zamanının qış mövsümü olduğunu ifadə edən Medikal Estetik Həkimi Dr. Yasəmən Döyüş, ən sürətli və ən təsirli üsul olan lazer epilyasiyası haqda ən 

əhəmiyyətli sualları cavablandırıb.

Lazer epilasyasında ağrı hiss olunurmu?

Soyutma xüsusiyyəti olan lazer sistemlərində həm ağrı hissi azalır, həm də risklər minimuma enir. Prosedura zamanı bəzi xəstələr, yüngül bir batma, ya da yanma hissi duyduqlarını söyləyirlər. Lokal anesteziyaya ehtiyac yoxdur.

Lazer epilyasiya seanslarının müddəti nə qədərdir?

Lazerlə müalicə bədənin hər bölgəsinə tətbiq oluna bilər. Seans müddəti tətbiq olunan bölgəyə görə dəyişməklə birlikdə, 5 dəqiqə ilə 1,5 saat arasındadır. Məsələn: sinə ucları, dodaq üstü 5-10 dəqiqə, bikini 15-20 dəqiqə, bütün ayaq isə təxminən 1,5 saatdır.

 

 

Lazer epilyasiyası neçə seans tələb edir?

Bədən üçün 4-6 seans, üz bölgəsi üçün isə 5-8 seansdan sonra ümumiyyətlə qıl miqdarında üzdə 70-90% nisbətində qalıcı azalma görülər. Seans silsilələri üz bölgəsi üçün 4, bədən üçünsə 6-8 həftədir. Lazer epilayasiyasında müalicəynin nəticəsi insanın tük rəngi, genetik quruluşu, hormonal vəziyyətdən əvvəl tətbiq olunmuş müalicələrə görə dəyişir. Seanslara zamanında gəlmək müalicədə fəaliyyəti və faydanı artırır.

Lazer epilasyasının yan təsiri vardırmı?

Dəriyə bir zərəri yoxdur. Dəri xərçəngi yaratmaz və daxili orqanlara zərər verməz.

Ancaq yetkin olmayan şəxslər və uyğun olmayan cihazlarla tətbiq edilsə, dəridə qabışlanma, büller, hipo-hiperigmentasyon və cırmaq kimi izlərin inkişafına səbəb ola bilər.

 

Lazer epilyasiyası hansı bölgələrə tətbiq oluna bilər?

Lazer epilyasiyası kimlərə aiddir?
Lazer epilyasiyası çox tünd dəri sahələri, fotosensitiv sahələr, dəridə iltihab xəstəlik sahələri, şübhəli piqment sahələr ilə uçuq və ya açıq yara olan sahələrə tətbiq edilmir. Tetrasiklin, retinoid, roaccutane kimi dərmanların istifadələrindən müəyyən bir müddət sonra edilməlidir. Bu xüsusiyyətlərə sahib olmayan və yetkinlik çağına çatmış qadın - kişi hər kəsə lazer epilyasiyası tətbiq oluna bilər
.

27 may 2016
GO BACK