Qadin.NET / Əla yeniyetmələr

Əla yeniyetmələr

 

Əla yeniyetmələr

Bu yazımda son dövrdə yeniyetmələrlə işləyərkən qarşılaşdığım problemdən biri olan mükəmməllikdən bəhs etmək istəyirəm. Yeniyetmələr davamlı olaraq mənə bu cümlə ilə sual verirlər: "Aygün bacı, nə etsəm edim, anamı və atamı məmnun edə bilmirəm. Heç cür onların istədiyi kimi yaxşı, mükəmməl bir uşaq ola bilmirəm." Düşünün, həyatınız boyunca çalışırsınız  ömrünüzün çoxunu təhsil həyatında keçirirsiniz. Bir də bunun yanında sizi davamlı tənqid edən və etdiyiniz şeylərdən xoşbəxt olmayan valideynlər var. Nə qədər yorucudur, deyilmi? Bir çox uşaq "uşaq" ola bilmədən böyük olur, bir çox uşaq da bu dövrün bioloji və psixoloji olaraq sancılarını yaşayarkən birdən -birə özünü yetkinlər dünyasında görür. Yaxşı, ailələrdəki bu mükəmməllik nədir? İdeal olmağa çalışmaq, heç səhv və əskiklik etməməyi arzulamaqdır. Bu kəslərin yüksək hədəfləri var. Bu hədəflərə çatmaq üçün çox səy göstərirlər. Çata bilmədiklərində də böyük bir xəyal qırıqlığı yaşayırlar. Onlar xəyal qırıqlığına uğramalarına görə uşaqlarını da günahlandırırlar. Bundan başqa bu valideynlər böyük ölçüdə müqayisələr edirlər. "Ayşənin oğlu imtahandan neçə bal topladı, sən də eyni məktəbdə, üstəlik hazırlığa da qoyduq, o qədər pul tökdük, amma sən aşağı nəticə göstərdin!"

Əla yeniyetmələr

Bu cümlənin uşağın üzərinə yüklədiyi məsuliyyəti bir düşünün. Bu vəziyyətdə uşaq nə düşünər: "Mən Ayşənin oğlu kimi olmalıyam, ailəm mənim üçün çox pul xərcləyir, amma mən müvəffəqiyyətsiz oluram" və ən pis düşüncə də "ailəm mən müvəffəqiyyətsiz olduğumda məni sevmir". Bu müqayisədə olan ailələrin uşaqları, ümumiyyətlə ailələrinin onlara olan sevgilərini müvəffəqiyyətlərinə bağlayırlar. Mən uğurlu olsam ancaq  o halda ailəm məni sevər. Bu şərti sevgi inancı uşaqda böyük bir təzyiq yaradır və uğursuz olanda da çox böyük bir xəyal qırıqlığı yaşamalarına səbəb olur.

                                                     Mükəmməlliyə varan kəslərdə bu davranışlar ola bilər:

Hər detalla fərdi məşğul olmaq, çox çalışmaq, əsla səhv etməmək, qarşıya çatmaq üçün yüksək hədəflər qoymaq, israrçı olmaq, hər şeydə ən yaxşı olmaq, hər şeyi mükəmməl etmək, işi hər şeydən əhəmiyyətli görmək, müstəqil və yetkin görünmək, fikirdə israrçı olmaq.

Əla yeniyetmələr

 Mükəmməlliklə əlaqədar nə edilməli?

İlk addım mükəmməl olmaq istəməyən bir xüsusiyyət olduğunun fərqinə çatmaqdır. Bir sonrakı addım mükəmməlliyi saxlayan, düşüncə və davranışları dəyişdirməyə çalışmaqdır.

Aşağıdakı üsulların bəziləri kömək edə bilər:

Öz istəklərinizə və ehtiyaclarınıza uyğun, həqiqi və çatıla bilər hədəflər təyin etmək. Bu sizin uğurunuzu və özünüzə olan etibarınızın artmasını təmin edəcək.

Ard-arda, bir-birini təqib edən hədəflər qoyun. Bir məqsədiniz reallaşdığında, digər hədəfinizi o ankı vəziyyətinizin bir mərhələ üzərində edin. 

27 sentyabr 2013
GO BACK