Dürüst insan hər zaman həqiqəti söylər, ağıllı insan isə yalnız vaxtında.(Bernard Şou)
Ağıllı adam ağlından istifadə edər, daha ağıllı adam başqalarının ağlından da istifadə edər.(Bernard Şou)
Adi bir insan vaxtını necə keçirəcəyini, ağıllı bir insan isə vaxtına necə qənaət edəcəyini fikirləşir.(Sehopenhauer)
İnsanların ümidini qırma. Bəlkə də sahib olduqları tək şey odur.(Confucius)
Günahlar insanların üzlərində görünsəydi, güzgülər satılmazdı.(P.Ustinov)
İnsanların çoxu itirməkdən qorxar, sevməkdən qorxduğu üçün.
Düşünməkdən qorxar, məsuliyyət gətirəcəyə üçün.
Danışmaqdan qorxar, tənqiddən qorxduğu üçün.
Duyğularını ifadə etməkdənn qorxar, rədd edilməkdən qorxduğu üçün.
Yaşlanmaqdan qorxar, gəncliyinin qiymətini bilmədiyi üçün.
Unudulmaqdan qorxar, dünyaya yaxşı bir şey vermədiyi üçün.
Və ölməkdən qorxar, yaşamağı bilmədiyi üçün.(V.Şekspir)
Ey Allahım, mən düşmənlərimə qalib gəlməyə qadirəm. Sən məni dostlarımdan qoru.(Voltaire)
İki şey insanı özündən çıxardır: söylənəcək yerdə susmaq və susacaq yerdə söyləmək.(Sədi)
Sizə edilən ən kiçik bir yardımı unutmayın, etdiyiniz ən böyük yardımı isə heç zaman xatırlamayın.(Chilon)
Ey həyat! Ölümə şükr et ki, səni onun üzündən sevirəm.(Pasqal)
Bilməyən və bilmədiyini bilən uşaqdır. Ona öyrədin.
Bilən və bildiyini bilməyən yuxudadır. onu oyandırın.
Bilməyən və bilmədiyini bilməyən səfehdir. Ondan qorunun.
Bilən və bildiyini bilən liderdir. Onu izləyin.(Çin atalar sözü)