Qadin.NET / Nəzərə alın

Nəzərə alın

Hədiyyə seçərkən insanın doğum gününü nəzərə alın.Məsələn,hansısa ad gününə dəvət almısınız.Və ya bayramla əlaqədar yaxın adamlarınızın evinə qonaq gedirsiniz.Belə anlarda çox vaxt fikirləşirik ki,bu yaxın insana nə hədiyyə edək ki,ona həm məmnunluq bəxş eləsin,həm də uzun müddət yadından çıxmasın.Sən demə,bu səbəbkarın həftənin hansı günü dünyaya gəlməsindən asılı imiş. 

Bazar ertəsi: dünyaya gələnlər arzularla yaşayan,lirikanı çox sevən,bir qədər utancaq,yaxşı görünməyi xoşlayan insanlardır.Onlara bahalı geyimlər,ətirlər və ekzotik güllərdən hazırlanmış buketlər bağışlamaq olar. 

Çərşənbə axşamı: anadan olanlar əsasən enerjili insanlardır.Belələri idmanla bağlı olan hədiyyələri xoşlayırlar.Onlar təbiət qoynunda dincəlməyə üstünlük verirlər.Ona görə də bu tip insanın otağı və ya kabineti üçün gözəl mənzərə şəkilləri almaqla da onu sevindirə bilərsiniz. 

Çərşənbə günü: anadan olanlar adətən kaprizli,hər şeylə maraqlanan,asanlıqla xarici dilləri öyrənən insanlardır.Onlar üçün ən gözəl hədiyyə kitabdır.Bundan əlavə musiqi diskləri,incəsənət nümunələri,şəkillər də bağışlaya bilərsiniz.

Cümə axşamı: anadan olanlar güclü və özlərinə inamlıdırlar.Bir qayda olaraq bu insanlar ətrafdakılara nümunə olur,bahalı hədiyyələrə üstünlük verirlər.Məsələn:üzük,zinət əşyaları,İsveçrə saatları və s. 

Cümə günü: anadan olanlar həqiqəti sevən və yüksək aktyorluq qabiliyyətinə malik olan insanlardır.Onlara hansısa tamaşaya,konsertə bilet hədiyyə etməklə də sevindirmək olar 

Şənbə günü: anadan olanlar qətiyyətli,fəal və həyata açıq gözlə baxan insanlardır.Onlar məişət əşyalarını,xüsusən də elektrik aparatlarını xoşlayırlar 

Bazar günü: anadan olanlar şən,gözəl yumor hissinə malik insanlardır.Onlar hətta hədiyyə olmasa belə göstərdiyiniz diqqətə  həddindən artıq şad olurlar.Ona görə də belələri üçün hədiyyənin böyüyü,kiçiyi yoxdur.Təki onları unutmayasınız 

 Dəyərli xanımlar,bəs siz həftənin hansı günü anadan olmusunuz? :)

4 dekabr 2010
GO BACK