Bəlkə də xəbərin adı çox qəribə səslənir. Bu dəfə həqiqətən məşhur xanımların itlərinin bəxtindən məlumatlanacayıq.Belə ki,Hollivud ulduzları təkcə özlərinə yox,həm də sevimli itlərinə də milyonlarla pul xərcləyirlər.Onlara qiymətli zinət əşyaları alır,məşhur dizaynerlərdən paltar,ayaqqabılar geyindirir,miras sahibi edirlər.
Demi Mur-45 yaşı var.Həyat yoldaşına sevgililər gününə böyük it almasını planlaşdıran Demi,zoo mağazaya gedərkən oradakı balaca itlərdən xoşu gəlmiş və almışdır.Adı-Vida Blüdür.İtini özündən də çox istəyən Demi bir anını onsuz keçirmir.
Cessika Alba-iki itin sahibəsidir.Adları Nensi və Sida.Aktrisa onlarla gəzintiyə çıxır və itlərinə müxtəlif dəbli paltarlar geyindirir.Cessika ana olduqdan sonra da itlərinə olan qayğısını azaltmayıb.Əksinə,o düşünür ki,itlər də ailənin bərabər hüquqlu üzvləridir.
Hillari Daf-York cinsindən olan itə sahibdir.İtinin adı-Cekdir.Bu balaca it Hillarinin kiçik aksesuarına çevrilib.Bir an belə onun varlığı olmadan nəfəs ala bilmir.
Paris Hilton-Cırtdan cinsindən olan itə sahibdir.Hətta ona rəsmi olaraq öz soyadını da vermişdir,yəni Tinkerbell Hilton.İtini bütün şənliklərə aparır,ona Şaneldən dəbli paltarlar və ayaqqabılar geyindirir.
Madonna-itinin adı Çikita.1993-cü ildə bu itə sahib olan Madonna Avropaya səfər edəndə özü ilə birlikdə baytar həkimi də aparır.O həmçinin iti üçün ayrıca olaraq aşbaz da təyin edib ki Çikitanın qayğısına qalsın.
Drü Berrimor-itinin adı Flossi.Drü itinə 3 milyon dollarlıq bank hesabı açıb və evinin önündə ikimərtəbəli it evi tikdirir.
Rihanna-itinin adı Oliver.Maltipu cinsindəndir.Oliver hər iqlimə rahat uyğunlaşır.Hətta buna görə də Rihanna onu qastrol səfərlərinə də aparır.Bir dəfə Rihanna uzun uçuş zamanı sevimli iti narahatlıq keçirməsin deyə itinə pampers də geyindirmişdir.
Eva Lonqoriya-itinin adı Cinksi.Malteze cinsindəndir.O,öz iti ilə foto sessiyalara,dəbdəbəli ziyafətlərə gedir.Hətta Cinksi aktrisanın “Ümidsiz evdar xanım”serialına da çəkilib.