Qadin.NET / Payızın yarpaq tökümü

Payızın yarpaq tökümü

Payızın yarpaq tökümü
Payız... Artıq səni qarşılayırıq. Avqustun axırlarında ağaclardakı tək-tək yarpaqlar saralmağa başlayır. Tozağacı birinci yarpaq açdığı kimi elə birinci də saralmağa başlayır. Daha iki-üç gündən sonra ağcaqovaq bütünlüklə qıpqırmızı rəngə boyanır. Lakin şiddətli payız küləkləri ağacın bu son bəzəyini də qoparır, qurumuş, yüngül yarpaqları havada hərlədərək yaş torpağın üstünə sərir.
Payızın yarpaq tökümü

Yarpaqlar tökülməsə nə olar?

Yarpaqların tökülməsi ağaclar üçün də bir çətinlikdir. Çünki soyuq havada torpaqdakı su getdikcə qatılaşır və sorulması çətinləşir. Havanın soyumasına baxmayaraq yarpaqlarda gedən buxarlanma davam edir. Bu da su itkisinə səbəb olduğu üçün buxarlanmanı həyata keçirən yarpaq bitki üçün artıq yükə çevrilir. Əslində yarpağın hüceyrələri soyuq qış aylarında şaxta ilə qarşılaşıb parçalanır. Bu səbəbdən ağac qış gəlməmiş yarpaqdan xilas olur.

Payızın yarpaq tökümü

Yarpaqlar da qocalırmı?

Ağaclar yarpaqlarını tökməmişdən əvvəl onda olan bütün bəsləyici maddələri sormağa başlayırlar. Bir müddətdən sonra yarpaqdakı qida maddələrinin yaranması dayanır və yarpaq saplağından qopub düşür. Yarpaqların yaşa dolmasının ilk əlamətlərindən biri yarpaq hüceyrələrində etilenin ifraz olunmasıdır. Etilen qazı yarpağın hər tərəfinə yayılır və onun saplağına çatanda oradakı kiçik hüceyrələr şişir, saplaqda bir gərginlik əmələ gəlir. Getdikcə artan bu gərginliyə yarpaq davam gətirə bilmir və saplağın çöl tərəfindən içərisinə doğru yarılmağa başlayır. Genişlənməyə davam edən yarığın ətrafında çox sürətli dəyişikliklər gedir və hüceyrələr dərhal göbələk cövhəri ifraz edir. Yarpağın tam saplağının qopacağı yerdən hüceyrələrin göbələk cövhəri ifraz etməsi bizə bu işdə son dərəcə qeyri-adi özəlliklərə malik bir ardıcıllığın olduğundan xəbər verir.

Payızın yarpaq tökümü

Yarpaq necə qopur?

Yarpaq gövdədən tamamən ayrıldığı üçün ötürücü borulardan su ala bilmir, bu səbəbdən yarpağın bağlandığı yer getdikcə zəifləyir. Bir az güclü əsən külək belə yarpağı qoparmağa kifayət edir.

           Böcəklərə hədiyyə           

Torpağa düşən ölü yarpaqlarda böcəklərin, göbələklərin və bakteriyaların faydalana biləcəyi qida maddələri var. Bu qida maddələri mikroorqanizmlər tərəfindən dəyişikliklərə uğrayaraq torpağa qarışırlar. Ağaclar da bu maddələri kökləri vasitəsilə torpaqdan qida kimi yenidən qəbul edirlər. Ardıcıl  gələn və hər addımı bir-biri ilə  bağlı olan bu qüsursuz işlər seriyasını təsadüflə bağlamaq heç cür mümkün deyildir. Hər əməliyyat lazım olduğu vaxtda, ölçüdə və tərzdə baş verir. Bütün bu dəyişikliklərin qüsursuzluğu, heç birinin təsadüfən baş vermədiyi Yaradanın sonsuz qüdrəti ilə bağlıdır. 

11 sentyabr 2013
GO BACK