Qadin.NET / Vanna otağını böyük göstərməyin 8 yolu!

Vanna otağını böyük göstərməyin 8 yolu!

Sitili necə olursa-olsun, vanna otağınız kiçikdirsə, həmişə kiçik olacaq. Amma bir az rəng dəyişikliyi, işıqlandırma, bir az vizual sehirlə kiçik vanna otaqlarını rahat məkan halına çevirə bilərsiniz.

Vanna otağını böyük göstərməyin 8 yolu!

1. Rənglərin dinclik verici təsirindən faydalanın. Açıq və soft rənglər,həm məkana daha geniş sahə hissi verəcək, həm də daha rahatladıcı təsir bağışlayacaq. Vanna otağında güclü rənglərdən istifadə etməyin. Arxa planda neytral rənglərdən və ağ tonlardan istifadə edin. Aksesuarlarda və dəsmallrda canlı rənglərdən istifadə edə bilərsiniz.

Vanna otağını böyük göstərməyin 8 yolu!

2. Doğru işıqlandırma üsulları ilə məkanı daha geniş göstərə bilərsiniz. Ümumi işıqlarla yanaşı, güzgünün üzərində quraşdıracağınız işıqlandırmalar həm dekorativ, həm də funksional olacaq.

Vanna otağını böyük göstərməyin 8 yolu!

3. Əlüzyuyanın üstünə boyük bir güzgü yerləşdirin və ya irili-xırdalı bir neçə aynadan istifadə edərək tərz yaradın. Böyük güzgü məkanı və işığı əks etdirərək, vanna otağını daha geniş göstərəcək.

Vanna otağını böyük göstərməyin 8 yolu!

4. Döşəmə açıq rəngli böyük piltələrdən olmalıdır. Açıq rəngli döşəmə piltələri vanna otağınızı daha geniş göstərəcək. Dəyişdirməyə imkanınız yoxdursa, vanna otağı üüçün açıq rəngli ayaqaltı seçin.

Vanna otağını böyük göstərməyin 8 yolu!

5. Kiçik aksesuarlar əvəzinə, böyük parçaları seçin: böyük ayaqaltı və ya böyük səbət içinə yerləşdirəcəyiniz dəsmallar yaxşı seçim ola bilər.

Vanna otağını böyük göstərməyin 8 yolu!

6. Divar kağızlarında açıq tonlardan istifadə edin.

Vanna otağını böyük göstərməyin 8 yolu!

7. Gözünüzün önündəki vizual görünüşləri aradan qaldırın. Şəffaf duş kabinindən istifadə edin. Hamam pərdəsi istifadə edirsinizsə, pərdəni açıq tonlardan seçin və pərdənizi istifadə etmədiyiniz zamanlarda açıq saxlayın.

Vanna otağını böyük göstərməyin 8 yolu!

8. Dağınıqlara son verin. Göz önündə olan əşyaları şkaflara yerləşdirin. Şampun və dəsmalları ortadan qaldırmaq üçün şkaf doğru seçimdir. Şkaflı əlüzyuyanlarda da daha kiçik, amma funksional bir modeli seçə bilərsiniz. 

31 avqust 2013
GO BACK