Qadin.NET / Dünya mətbəxi - Fransa

Dünya mətbəxi - Fransa

Fransız mətbəxi Fransanın bölgələrində olan fərqliliyə görə seçilir. Məsələn, Champagne, Alsace və Lorraine bölgələrində vetçina və ov ətləri məşhurdur və daha çox yeyilir. Picardie, Normandiya, Bretanya və Nord-Pas-de-Calais kimi dəniz sahilindəki bölgələrdə midiya və xərçəng kimi dəniz məhsulları, ringa, suf balığı və dil balığından tez-tez istifadə edilir. Loire vadisində qoyun əti, ov ətləri, xüsusilə yetişdirilmiş göbələk növlərinə və keçi südündən hazırlanmış pendirə daha çox rast gəlinir. Paris ətrafındakı İle-de-France bölgəsi isə ölkənin hər bölgəsində yaradılmış yeməklərin asanca tapılan ortaq nöqtədir. Yalnız Paris şəhərinin özündə 5.000-i aşan restoran var. "Michelin" firması tərəfindən 1900-ci ildən bu yana nəşr olunan Le Guide Michelin (Michelin rəhbəri) tərəfindən ən yüksək dərəcələr alan restoranlar ümumiyyətlə Paris şəhəri ətrafındadır.

Fransız mətbəx mədəniyyətinə görə, 3 dəfə yemək aşağıdakı ünsürlərdən ibarətdir:

Dünya mətbəxi - Fransa

Qəlyanaltı

Le petit dejeuner: Croissant deyilən ay şəklindəki açmaları, Pain au Chocolat adlı şokoladla doldurulmuş tortlar, üzərinə kərə yağı sürtülmüş Baguette (Fransız çörəyi) kimi yeməklər ən məhşurlarıdır. Dükanlar səhərin erkən saatlarında qapılarını insanların üzünə açaraq nahar xidməti təklif edirlər.

Dünya mətbəxi - Fransa

Nahar yeməyi

Le dejeuner: Böyük şəhərlərdə yemək vaxtı 1 saata yaxın çəkir. Firmalar işçilərə kafelərdə yemək xidməti təklif edir, ya da pulsuz yemək paylayır. 

Dünya mətbəxi - Fransa
Axşam yeməyi

Le Diner: Əsasən 3 hissədən ibarətdir: hors doeuvre və ya entree plat principal (ana yemək),  pendir və ya şirniyyat. Bəzən yeməyin yanına salat da qoyulur. Axşam yeməyində süfrəyə çörək, şərab və mədən suyu verilir.

29 mart 2016
GO BACK