Barmaqları şaqqıldadan zaman çıxan səs zənn edildiyi kimi,sümüklərin bir-birinə dəyməsi nəticəsində meydana gəlmir.Barmaqlarımızın oynaq sümüklərinin üstü oynaq kisəsi ilə örtülmüşdür.Bu kisənin içində isə qatı və şəffaf bir maye var.Əl barmaqlarımızı sıxanda barmaq oynaqlarını meydana gətirən sümüklər bir-birindən ayrılır.Nəticədə, oynaq kisəsi gərilir və oynaqları yağlayan mayenin içindəki kiçik qaz qabarcıqları partlayır.Sonra da oynaqdan bizə məlum olan şaqqıltı səsi çıxır.Barmaqlarımızı tez-tez şıqqıldatsaq,oynaq kisəsini zədələmiş olarıq.Bununla yanaşı,bu cür vərdişlərə yiyələnən insanların əşyaları qavrama qabiliyəti zəifləyir.
Xanımlar, sizlər necə bu cür vərdişə maliksinizmi?