Qadin.NET / Əzrailə meydan oxuyan adam - Frane Selak

Əzrailə meydan oxuyan adam - Frane Selak

 

Əzrailə meydan oxuyan adam - Frane Selak

 

Əzrailə meydan oxuyan Frane Selak bəzilərinə görə dünyanın ən şanslı, bəzilərinə görə isə dünyanın ən şanssız insanıdır. 

1929-ci il təvəllüdlü Frane Selak Xorvatiyada yaşayır. Təqaüdə çıxmış musiqi müəllimi olan Selak tam 7 fəlakətdən xilas olub. Onun keçirdiyi qəzalar: 

1962-ci ildə Dubronikə getmək üçün Sarayevoda qatara minir. Sərnişinlə dolu olan qatar relsdən çıxaraq çaya diyirlənir. 17 adamın boğularaq öldüyü qəzada Selakın yalnız qolu qırılır.  

Qatar qəzasından 1 il sonra - 1963-cü ildə Zaqrebdə mindiyi təyyarənin qapısı açılır. O, təyyarədən düşən 20 adamdan biriydi. 19 adamın ölümüylə nəticələnən qəzadan Selak yaralanır, lakin ölmür. O, saman tayasının üzərinə düşür.

1966-cı ildə Selakın mindiyi avtobus çaya düşür. Qəzada 4 nəfər həlak olsa da, Selak bu qəzadan yaralı olaraq xilas olur.

Əzrailə meydan oxuyan adam - Frane Selak


1970-ci ildə Selakın idarə etdiyi avtomobil məlum olmayan səbəbdən yanmağa başlayır. Özünü avtomobildən çölə atmağı bacaran Selak qısa bir müddət sonra benzin anbarının partlamasına şahid olur.

 

Aradan 3 il keçdikdən sonra - 1973-cü ildə yenə istifadə etdiyi avtomobildə partlama baş verir. Bu partlamada saçlarının bir hissəsini itirən Selak Əzrailə meydan oxuduğunu açıqca ortaya qoyur.

1995-ci ildə Zaqrebdə küçədə getdiyi zaman Selakı avtobus vurur. O, qəzadan yara almaqla xilas olur.

1996-cı ildə idarə etdiyi avtomobil yük maşını ilə toqquşur. Avtomobili ilə uçurumdan aşağı yuvarlanan Selak bir ağacın budağına ilişərək yenə Əzrailə qalib gəlir.

Bu qədər hadisə qarşısında həyatda qalmağı bacaran Selak həyata sevincini heç bir zaman itirmir. 2003-cü il onun ən şanslı ili olur. Çünki lotoreyadan 1,3 trilyonluq böyük məbləğə sahib olur. O, indi də zəngin bir insan olaraq həyatına davam edir. 

 

15 sentyabr 2013
GO BACK