Mirvarinin necə meydana gəldiyi sizi maraqlıdırmı?
Dəniz ilbizləri və molyuskaların içinə toz , qum , çınqıl və ya zərərli parazitlər girdikdə, bu canlılar belə vəziyyətlərdə çox narahat olurlar.Bu zərərli maddələrdən qorunmaq üçün onların daxili orqanlarını əhatə edən qoruyucu təbəqədən xüsusi maddə ifraz etməyə başlayırlar.Onlara yaradılışdan verilən bu müdafiə sisteminin ifraz lunan mayesi sədəf adlanır.
Sonra da onların içinə daxil olan yad cisimlərin üzərini ifraz etdikləri sədəflə örtürlər.Nəticədə, mirvari dənəsi əmələ gəlir.Müəyyən müddətdən sonra sədəfin üst-üstə yığılması ilə mirvari böyüyür.
Xanımlar siz necə,mirvari taxmağı xoşlayırsız?