Yenə də evdar xanımlarımız üçün bir neçə maraqlı əl işləri ilə bağlı xəbər hazırlamışam. Hər birinizin bacaracağı qədər asan və sadədir.
Bu çantanı sevən xanımlar üçün maraqlı bir ideyadır. Adi şalı üçbucaq formasında tərs üzünü çevirərək qatlayırıq və baş uclarını düyünləyirik. Sonra düz üzünü çevirib, qalan 2 ucunu da düyünləyirik. Çantamız hazırdır.
Uşaqlarınız üçün xırda oyuncaqlar, böcəklər düzəltmək üçün şəkilə diqqətlə baxın.
Cins geyimlərinizi bəzəmək üçün mirvari muncuqlardan istifadə edə bilərsiniz.
Hədiyyə qutusunun üzərini bəzəmək üçün rəngli kağızları qatlayıb şəkildəki formada qayçı ilə kəsirik. Sonra kəsdiyimiz kağızı açıb, qutunun üzərinə lent vasitəsi ilə bağlayırıq.
Bu isə şaldan istifadə edən xanımlar üçündür. Adi yapışqan kartonu 4 hissəyə bölürük, üzərinə istədiyimiz rəngli parçanı dolayırıq, sonra halqaları yapışqan vasitəsi ilə asılqana yapışdırırıq.
Adi sadə bir maykanın daha da gözəl görünməsini və fərqli olmasını istəyirsinizsə, maykanın aşağı hissələrini şəkildə gördüyünüz kimi kəsin və kəsdiyiniz saçaqları bir-birinə düyünləyin.
Cins geyimlər üçün olan ilgəkdən uşaqlarınız üçün belə saç bantı və ya bilərzik düzəldə bilərsiniz.