Qadin.NET / İnanclar

İnanclar

Gəlin etiraf edək ki, istəsək də istəməsək də,inanclar həyatımızda müəyyən yer alıb və biz bu inanclara inanırıq. İnanmırıq desək də, yalandır desək də, hər bir insanın həyatında az da olsa əlamətlərə inam var. Sizlər üçün insanlar arasında ən çox məşhur olmuş inancları toplayıb yazmışam. Buyurun tanış olun. 

İnanclar

 


Qabağına qara pişik çıxarsa yoldan qayıdarsan.

Gecə ağlamazlar səsin mələklərin xoşuna gələr Allah onda həmişə ağlamaq verər.

Gecə evdən aşsüzən ələk çıxarmazlar.

Gecə pul borcu verilməz.

Evdən unu düyünü gecə çıxarmazlar.

Pulu qırmızıya büküb saxlayarlar .

Pulu gecə saysan bərəkəti qaçar.

Duz tökülsə dava düşər.

Davalı evdə bərəkət olmaz.

Evdən çıxanda geri qayıtmalı olsan içəri girən kimi güzgüyə bax.

Bayram səhəri evə bahalı nəsə alarlar ki, il boyu evdə bərəkət olsun.

40 günlük uşağı tək qoymazlar cin dəyişər.

Uşağın yastığının altına bir tikə çörək qoyarlar .

Uşağın biləyinə dağdağan və qurd dişi bağlayırlar ki nəzər dəyməsin.

Çöl qapını təmiz saxlayarlar bərəkət astanadan gəlir.

Kimin qulağında xal varsa qoşulub qaçar.

Kimin ayağındakı ikinci barmağı baş barmağından uzundursa ailədə onun sözü keçər.

Hamilə qadının xəlvətcə başına duz atarlar qadın əlini başına çəksə qız olar, üzünə çəksə oğlu.

Gecə dırnaq tutmazlar .

Eşşəyə minənin bəxti açılır.

Nişandan gələn konfeti gənc qızlar balışlarının altına qoyub yatarlar ki kimə gedəcəklərini yuxuda görsünlər.

Bayramda evdən pul verməzlər.

       

Bəs siz necə bu inanclara inanırsınızmı? Sizində bildiyiniz inanclar varsa buyurun paylaşın.

15 yanvar 2011
GO BACK