Əziz xanımlar, sizə şokoladlı tortların bəzədilməsini göstərmək istəyirəm. Bu tortlardan uşaqlarınızın doğum günlərində hazırlaya bilərsiz. Əminəm ki, uşaqlar bu tortları çox sevəcəklər.
Bunun üçün adi şokoladlı tort hazırlayıb kremləyin. Sonra tortu bəzəmək üçün bizə lazım olacaq: uşaqlarınızın sevdiyi uzun şokoladlar və noğullar. Şokoladları tortumuzun kənarına bu qayda ilə kremin üstündən düzürük. Sonra üstünə rəngli noğullar səpirik. İstəyə görə lentlə də bağlaya bilərsiz.
Tortumuz hazırdır. Bu tortu məncə bəyənməyən olmaz.
İstəyə görə tortunuzu bu quş yuvası şəklində də bəzəyə bilərsiz. Bunun üçün tortun üst biskvitinin tən ortası kəsilir, çıxarılır və sonra kremlenir. Sonra mətbəx şprisinin nazik ucu ilə tort quş yuvası kimi bəzədilir. Bəzədildikdən sonra tortun boş hissəsinə rəngli noğullar əlavə edirik, guya quşun yumurtalarıdır.
Tortumuz hazırdır.
Nuş olsun.