Qadin.NET / Sürpriz peçenyelərin hazırlanması

Sürpriz peçenyelərin hazırlanması

Əziz xanımlar, bu dəfə sizə uşaqlarınız üçün sürpriz peçenyelərin hazırlanmasını göstərmək istəyirəm. Bu peçenyelər uşaqlarınızın  doğum gününə əla hədiyyə ola bilər. Bunun üçün hər hansı bildiyimiz peçenye xəmirini hazırlayıb iki yerə bölürük: yarısına narıncı, az bir hissəsinə isə yaşıl rəng vururuq. Bununla biz balqabaq formasında peçenyelər düzəldəcəyik.

Peçenye xəmrini bu formalarda kəsib bişiririk .

Sürpriz peçenyelərin hazırlanması

Sonra  balqabağın alt tərəfinin kənarlarına rəng qatılmış beze ilə halqa şəkli çəkirik.

Sürpriz peçenyelərin hazırlanması

Peçenyeləri üst-üstə bu şəkildə bezeləyib yapışdırırıq.

Sürpriz peçenyelərin hazırlanması
Sürpriz peçenyelərin hazırlanması

Hazır olduqdan sonra balqabağın saplaq hissəsini də beze vasitəsiylə bu şəkildə yapışdırırıq.

Sürpriz peçenyelərin hazırlanması

 Qapaq hissəni də yapışdırırıq.

Sürpriz peçenyelərin hazırlanması

    Artıq peçenyelərimiz hazırdır.

Sürpriz peçenyelərin hazırlanması

Peçenyelərin  içinə uşaqlarınızın sevdiyi rəngarəng noğullardan qoya bilərsiz, əminəm ki, uşaqlar bu peçenyeləri çox sevəcəklər.

Sürpriz peçenyelərin hazırlanması

Bu  peçenyelərdən eynilə bu qaydada, amma başqa formada da hazırlaya bilərsiz. Nişan və toylar üçün bu ürək peçenyelər çox gözəl  olar.

Sürpriz peçenyelərin hazırlanması

Nuş olsun.

13 oktyabr 2013
GO BACK