Qadin.NET / Dibçək bitkiləri haqqında (2)

Dibçək bitkiləri haqqında (2)

Dibçək bitkiləri haqqında (2)

Aphelandra

Aphelandra  (Zebra çiçəyi)  bitkisinin  ana  vətəni   Orta  və   Cənubi  Amerikadır. Qırmızı  və  sarı  rənglərdə  çiçək  açırlar.  İyun  və  oktiyabr  ayları  arasında  çıçəkləyirlər və  bu  bitkiyə  yaxşı  baxılmadıqda    çiçək  çürüyür.  Aphelandra  çıçəyinin  saxlanma  yerinə də  diqqət  edilməlidir. Bu  çiçəyin  üstünə  günəş  şuaları  düşməmək şərtilə  isti  və  aydınlıq  yerdə  saxlanmalıdır. Aphelandra  yaz  və  yay  aylarında  boluca  sulanmalıdır, amma  su  çox  soyuq  və  cod  olmamalıdır. Qış  aylarında  bu  bitkini  soyuqdan qorumaq  lazımdır  və  çox  az  miqdarda  sulanmalıdır.Mart  və  avqust  arası  iki  həftə  fasilə ilə gübrə  verilməlidir. Bu  bitikinin  yazda   2-3  ildən  bir  torpağını  dəyişdirmək  lazımdır.Bu bitkinin  çoxaldılması  kökləriylə  olur. 

Dibçək bitkiləri haqqında (2)

 Verbana

Verbena  (Yer  minasi)  Verbenaceae   familıyasındandır. Çiçəkləri qırmızı, bənövşəyi, ağ, çəhrayı  rənglərdə  olur. Həm  dibçəkdə  həm də  bağçalarda  əkilir.Toxumları   fevral , mart  aylarında  əkilir,  20 – 30  gün  içində  cücərir. Bu  bitki   istini  çox  sevir.Yaxşı  inkişafı  üçün   istilik  16 C   dərəcədən  aşağı  olmamalıdır.  Torpağı  azca  qumlu,  gübrəli  olmalıdır. Həftədə  2-3  dəfə sulanmalıdır.

Dibçək bitkiləri haqqında (2)

 Sarduniya

Sarduniyanın  ana  vətəni  Cənub  Afrikadır.  Bu  bitkinin  gur  yaşıl  yarpaqları  və  rəngarəng  çıçəkləri  olur .Çox  evlərdə  bu  bitkiyə  rast  gəlmək  olar.Sarduniya  hədsiz  günəş  şualarını  sevmir.Yay  aylarında  bu  bitkinin  suya  olan  ehdiyacını ödəmək  lazımdır .  Həftədə  iki dəfə  sulanmalıdır,su  hər  dəfə  eyni   gün  və  eyni  miqdarda  verilməlidir. Qış  aylarında  Sarduniyanın  qoyulduğu  yerin temperaturu   11-12  dərəcədən  aşağı  düşməməlidir.  Bitkini  qış  aylarında  ev  temperaturunda  olan  su ilə  sulamaq  lazımdır.Sarduniyanın  çoxaldılması   köklərinin  ayırma  yolu  ilə  olur.

Dibçək bitkiləri haqqında (2)
Begonya

Begonya  çıçəyinin  ana  vətəni  Cənubi Asiyadır.  Bu  bitkinin  10  min  növü  var. Bu  bitkiyə  begonya   adı   Fransız   botanıkı  Michel   Begonun  şərəfinə   verilmişdır. Bu  begonya   növlərinin  boyları  olduqca  qısa,   gövdələri  isə  ətli  və  suludur.  Çiçəklərinin  bəziləri  tək-tək  bəziləri  isə  ikili  ya da  salxım  şəklində  açır.Rəngləri  isə   qırmızı,  sarı,  narıncı,  ağ  və  çəhrayı  olur.  Begonyalar  köklərinin   formalarına  görə  fərqlənirlər. Yumru   köklü  begonyalar  daha  çıx  yayda  çıçəkləyirlər  və  çıçəkləri də  iri  olur.  Saçaq  köklü  begonyalar  isə  daha  çox  qışda çıçəkləyirlər.Begonya  suyu  çox  sevən bitkidir.Əsasən də  yay  aylarında  bitkinin   yarpaqlarına  su  çılənməlidir.Qışda  isə  suladıqda  su  ev  temperaturunda  olmalıdır. Begonya  bitkisi yarımkölgə  olan  yerdə  saxlanılmalıdır.  Bu  bitki  üzərinə  gunəş  düşməsini  sevmir. Saxlanılma  yerinin  temperaturu  16- 21  dərəcələrdə  olmalıdır.

19 avqust 2013
GO BACK