Qadin.NET / İxtiralar

İxtiralar

İxtiralar

Pulun ixtirası

Pul,  ilk dəfə eramızdan əvvəl 700 cü ildə Lidyada əşyaların alınması üçün istifadə edilmişdir. Çox sıx şəkildə ticarətlə məşğul olunan Lidyada pulun ilk forması dəyərli maddələrdən hazırlanmışdı. Qızıl ya da gümüş ən çox istifadə edilən pul xammalı idi.

Eramızdan əvvəl 700 cü ilə qədər insanlar iqtisadi əlaqələrində ən çox istifadə etdikləri metod "barter" yəni dəyişmək metodu idi. Məs: buğda almaq istəyən, yerinə eyni miqdarda düyü və ya başqa bir şey verə bilirdi.

Günümüzdə isə puldan istifadə qaydası, yerini daha çox kredit kartlarına buraxmaqdadır.

İxtiralar

Kserokopiya aparatının ixtirası

Bu gün istifadə etdiyimiz kserokopiya aparatları ilk dəfə olaraq 1942-ci ildə Chester Carlson tərəfindən düzəldilmişdir. Amerikalı ixtiraçı 1938-ci ildə, elektrostatik kserokopiya aparatını ixtira edən alimdir. Kserokopiya aparatları sayəsində, vacib əlyazmaları çoxaltmaq asanlaşmış oldu. Bu da böyük bir iş enerjisini qazanmaq mənasına gəlir.

İxtiralar

Tikiş maşını

İlk tikiş maşınını, 1830- cu ildə Barthelemy Thimonnier adlı dərzi düzəltmişdir. Bu maşında ayaq pedalı ilə fırladılan qurğu, iynəni qaldırıb endirirdi. Bir dərzi dəqiqədə 30 tikiş tikdiyi halda, bu maşın dəqiqədə 200 tikiş tikirdi. Ancaq bir çox dərzi bu maşına görə işindən məhrum olacağından qorxaraq, qəzəblənərək tikiş maşınlarının 80 ədədini sındırmışdı.

İxtiralar

Korlar üçün əlfba

Fransız mayor Barbier, ağlına gələn qabarıq hərf fikrini kor olan dostu Braillerə söylədi. Lous Brailler bu əlifba sistemi ilə özünün yaşadığı çətinlikləridə nəzərə alaraq, 1829 cu ildə bu günümüzədək istifadə edilən " korlar üçün əlifban"ı yaratdı. Hətta  

bu gün belə sadəcə Braillerin yaratmış olduğu qabarıq hərflərlə nəşrlər çap edən xüsusi mətbəələr var.

26 avqust 2013
GO BACK