Qadin.NET / Çağatay Ulusoy

Çağatay Ulusoy

 

Çağatay Ulusoy 23 sentyabr 1990-cı ildə İstambulda anadan olmuşdur.2010-cu ildə Best Model of Türkey yarışmasına qatılır və bu yarışmada birinci olur.Avcılar Litseyində məzun olduqdan sonra İstambul Universiteti Orman Fakultəsi Sulama sistəmləri bölümünü qazanır və eyni zamanda Ayla Alqandan aktyorluq dərslərini almağa başlayır.

 

Eyni zamandada həftədə 2 dəfə aktrisa Vahidə Gördüm və özü kimi aktyor olan hal-hazırda boşanmış keçmiş həyat yoldaşı Altan Gördümün sənət məktəbi “ Akademi 35 Buçuk” da aktyorluq dərsi almışdır.Çağatay Ulusoyun boyu 1.90  və çəkisi 82 kq-dır.

 

Çağatay Ulusoyun ilk rolu Sohw TV-də 2011-ci ildə yayımlanmağa başlamış olan “Adını Feriha koydum” adlı serialdakı Emir Sarrafoğlu xarakteri olmuşdur.Serial 2 mövsüm gedmişdir.Serialda çəkilişlərinə davam edərkən 2011-ci ildə “Anadolu Kartalları” filmində də önəmli bir rol oynmışdır.Filmdə Üsteğmən Ahmet Onur karakterini canlandırmşdır və bu roluyla da tamaşaçı sevgisi qazanmışdır.

Serial davam edərkən yenə eyni kanalda yayımlanan “Evə düşən ildırım” adlı serialda da qonaq rolu oynamışdır.Yenə Emir Sarrafoğlu xarakterini canlandırmışdı.”Adını Feriha koydum” serialının digər baş rolda olan oyunçusu Hazal Kayanın serialdan ayrılması və Feriha obrazının ölməsiylə serial 3-cü mövsümdə Adını Feriha Koydum: Emirin Yolu adıyla yeni aktyor heyəti ilə işinə davam etmişdir.

 

Baş rolda Çağatay Ulusoyun tərəf müqabilindən biri Zeynəb Çamcı olmuşdur.Bir neçə seriyası reytinq qazansa da sonra filmin reytinqi aşağı düşür.Bu dəfə serial “Adını Feriha koydum” filmindən tam fərqli bir məzmunla davam edir.Çağatay Ulusoyun "Emirin Yolu"ndakı tərəf müqabili  “Evə düşən ildırım” serialındakı rolu ilə tanınan Gizəm Karaca olmuşdur.Bu serial da bir neçə seriya yayımlandıqdan sonra yayımdan çıxarılmışdır.

Çağatay Ulusoy hal-hazırda  “Ay Yapım” ın çəkdiyi, ssenarisini Mələk Gəncoğlu və Ecə Görəncin yazdığı və sentyabr ayında televiziyada yayımlanmağa başlayacaq  serialın çəkilişlərinə hazırlaşır.Yeni serialda Çağatay Ulusoyun tərəf müqabili Serenay Sarıkay olacaqdır.

 

21 avqust 2013
GO BACK