Qadin.NET / "Gəlincik" tortlar

"Gəlincik" tortlar

 Bu gün təqdim edəcəyim tortlar şirin, maraqlı tortlardır. Bu tortları təbii ki, hamı bişirə bilməz, amma sifariş etmək olar. İnanıram ki, bu tortlar hansı qızlar üçün bişirilsə, hədiyyə edilsə, çox maraqlı və yaddaqalan olar.
Əziz xanımlar, bu xəbərimi də sizlər  üçün sevərək hazırladım. Bu dəfə  Balaca xanımlarımız üçün  tortlara
qeyri-adi, gözəl görünüş verəcəyik. Bu xəbər tort bəzəməyi sevən  xanımlarımız üçün gözəl bir xəbər olacaq yaqin :)
Bir çox tortlar şanti, yağlı kremlə və şirin xəmirlə (mastika ilə) düzəldilir.
Sizlərə təqdim edəcəklərimdə hər üçündən hazırlanıb. Tort bəzəmək özü bir yaradıcılıq qabiliyyəti istəyir. Əgər sizlərində fantaziyanız güclüdürsə, sizdə hazırlaya bilərsiz.
Şanti ilə hazırlanmış bu gəlincik  tortu  çox gözəldi. Şanti ilə tort bəzəmək istəyirsinizsə bütün bacarıqlarınızı burada göstərə bilərsiniz. Məclislərimizə bu forma da tortlar gələndə əlbətdə ki, hamının diqqət mərkəzində olar.
Siz hələ bu torta baxın adam heç yemək istəmir.
 Bu tort balaca, dəcəl qızlarımız üçündür.
 Bu tort isə şirin xəmirdən hazırlanıb. Ümümiyyətlə şirin xəmirdən tort bəzəmək daha rahatdı. İstədiyiniz fiquru  əldə edə bilirsiniz. 
 
Şirin xəmirdən hazırlanmış bu gəliciyə hələ bir baxın .Doğurdan da gözəldir, elə  deyilmi?
İnsan əlləri nələrə qadirdir. Yetər ki, bir balaca zövqünüz olsun.
 Gəlinciklə düzəldilmiş bu tort isə  balaca qızınız üçün böyük sürpriz olacaq. 
 Cizgi film qəhrəmanlarını sevən qızlarınız üçün bu böyük sürpriz olar.
 Bu tort isə yaşından aslı olmayaraq bütün  xanımlarımız üçündür.
3 sentyabr 2013
GO BACK