Qadin.NET / Maraqlı arxitekturaya sahib yerlər

Maraqlı arxitekturaya sahib yerlər

Dünyanın hər bir küncü maraqlı yerlərlə doludur.Çantanızı götürüb arxitektura baxımından dəyişik yerlər görmək istərdinizmi?Budur,arxitekturası ilə hamını təəccübləndirən gözəl yerlər.

Maraqlı arxitekturaya sahib yerlər

Alberobello-İtalya:

11.000 adamın yaşadığı Alberobello,14-cü əsrdən qalma evləriylə tanınan, maraqlı bir yerdir.UNESCO Dünya Mirasındakı bu yerdə evlər konus formasındadır.Trulli adı verilən evlər qarışqa yuvaları kimi yaşıllığın içində sıralanır.

Maraqlı arxitekturaya sahib yerlər

 Al Hajjerah-Yəmən:

Ərəbistan yarımadasındakı ən maraqlı yaşayış yerlərindən olan Al Hajjerah ,qayalıq üzərində qurulmuş evlərdən meydana gəlir.2000 adamın yaşadığı binalar 16-cı əsrdən qalmadır.Evlər hər an qayalıqdan aşağı diyirlənəcəkmiş kimi görünür.

Maraqlı arxitekturaya sahib yerlər

Monsanto-Portuqaliya:

Portuqaliyada olan Monsanto, turistləri təəccübləndirməkdədir.Nəhəng qayaların altında tikilmiş evlər əzilmiş kimi görünür.

Maraqlı arxitekturaya sahib yerlər

Setenil-İspaniya:

Təbii daşları quruluş vəsaiti kimi istifadə edən insan oğlu Setenildə belə möcüzələr yaradıb.Burada gəzdikcə hər küncündə yeni şeylər kəşf edilir.

Maraqlı arxitekturaya sahib yerlər

Chuxi-Çin:

Chuxi,"Tulou" adı verilən binaların sayca üstün olduğu bir qəsəbədir.2008-ci ildə UNESCO Dünya Mirası siyahısına düşən Chuxi,ənənəvi Çin evlərinin göründüyü bir yerdir.Tulou,ortası boş dairə şəklindəki evlərə verilən addır.Ən böyük tulou 1419-cu ildə tikilmişdir,içi çevrədən ibarətdir.Xaricdəki çevrə 4 qatlı,içindəki çevrə isə tək qatlıdır.

Maraqlı arxitekturaya sahib yerlər

Göreme-Türkiyə:

Kapadokya bölgəsində yerləşən Göreme,pəri bacalarıyla məşhurdur.Gizli labirintlərin və inanılmaz arxitekturanın təəccüblü bir şəkildə təqdim edildiyi qayalar,vulkanik ərazinin külək və su ilə aşınması nəticəsində meydana gəlmişdir.

Maraqlı arxitekturaya sahib yerlər

Kandovan-İran:

Təbriz yaxınlığında olan Kandovan,800 ildir bölgədə olan bir qəsəbədir.670 adamın yaşadığı kəndin mənzərəsi inanılmazdır.Qayalarda oyularaq tikilmiş evlər, əsrlərdir möhkəm dayanır.Qayaların enerjisindən faydalanan evlərdə isitmə və ya soyutma sistemləri yoxdur.Qayalar evləri qışda isti,yayda sərin saxlayır.

1 avqust 2013
GO BACK