Qadin.NET / Ölkədaxili otellər

Ölkədaxili otellər

Əziz Qadin.Net xanımları, növbəti xəbərimdə sizi Azərbaycanımızın gözəl,zövqlü,hər cür interyerə malik olan sayılıb-secılən otellərimizin bir qismiylə tanış etmək istədim.Bu gözəllikləri öz vətənimizdə görməyib başqa yerdə axtarmayaq.

Ölkədaxili otellər

Bakı-Ramada otel

Xəzər dənizinin sahilində, mərkəzdən 10 dəq. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 40 dəqiqəlik məsafədə yerləşir.Oteldən işguzar, əyləncə və ticarət mərkəzlərinə qısa bir zamanda çatmaq olar.

Ölkədaxili otellər

Bakının tam mərkəzində, Heydər Əliyev Beynəlxalq Hava Limanından 30 dəqiqəlik məsafədə yerləşən Hilton Baku oteli Xəzər dənizinin və şəhərin möhtəşəm mənzərəsindən zövq alacağınız məkandır. YUNESKO tərəfindən Dünya İrsinə daxil edilən və 12-ci əsrə aid İçəri Şəhər oteldən gəzinti məsafəsindədir. Alış-veriş edin, yerli əyləncələrdən həzz alın və ya şəhər mərkəzindəki kafelərdə dincəlin.

Ölkədaxili otellər
AYF-Palace

Bakının düz mərkəzində , Heydər Əliyev adına beynəlxalq hava limanından 30 dəqiqəlik məsafədə yerləşir.

Ölkədaxili otellər
Delfin otel

Delfin oteli Bakının mərkəzində komfort dünyasıdır.Dəbdəbəli otel turistlər və qolf həvəskarları üçün ideal istirahət mərkəzidir. Mərkəzdə yerləşməsinə baxmayaraq otel gözəl bağları və təmiz sulu hovuzları ilə sakit oazisdir.Hava limanına qədər 30 km məsafə var.

Ölkədaxili otellər
Excelstor
Otel müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən möhtəşəm 5 ulduzlu oteldir. 
Qəbələ Qafqaz otel
Ölkədaxili otellər

Otel dağlıq ərazidə ,Qəbələ rayonunda yerləşir.

Xızı-Cənnət bağı

Xızı rayonu, Altıağac qəsəbəsinin qərbində, Ataçay dərəsinin sol tərəfində, Dübrar dağ massivinin ətəyində yerləşir. Ətrafdakı dağ massivləri qismən meşə zolaqları ilə örtülmüşdür.

Ölkədaxili otellər
Tovuz-Ayan-Palace
Tovuz şəhərinin girəcəyində yerləşən beşulduzlu bu otel, qonaqların rahatlığını təmin etmək üçün hər bir şəraitə malikdir. 
Ölkədaxili otellər
Mingəcevir-Kür otel

“Kür Hotel”-in yerləşdiyi məkanın mənzərəli təbiəti və əvəzolunmaz iqlimi, müasir dizayn və yüksək xidmət hər bir insanda unudulmaz təəssüratlar  yaradacaq. “Kür Hotel” həmçinin ailəvi istirahət üçün əvəzolunmaz seçimdir.

Naxçııvan
Ölkədaxili otellər

Duzdağ Fizioterapiya mərkəzi Naxçıvan Muxtar Respublikasında dəniz səviyyəsindən 1173 metr hündürlükdə  fəaliyyət göstərir.

Talış dağının yamacında, Xəzər dənizinin sahillərinə yaxın, Lənkəran şəhərinin mərkəzində yerləşir.
AB Qala

Xəzər dənizinin sahillərində, Azərbaycanın cənub subtropik bölgəsinin ən böyük şəhəri olan Lənkəranda yerləşir.

Ölkədaxili otellər
Xacmaz rayonu ,Nabran qəsəbəsində yerləşir.
Ölkədaxili otellər
Rixos-Quba rayonunda dağlar qoynunda yerləşir.
Ölkədaxili otellər
Lerik-Relaxs

Relaks istirahət mərkəzi, Azərbaycanın ən gözəl guşələrindən biri olan Lerikdə sərin və yaşıl Talış dağlarının ətəklərində yerləşir. Qızmar yay günlərində siz sakitləşəcək, gücünüzü bərpa edəcək, coşqun çay şırıltısı altında, Talış dağlarının sərin təbiətində unudulmaz istirahət keçirəcəksiniz.

Ölkədaxili otellər
Qax-El_resort

Qax şəhərindən 6 km şimal-şərqdə, Kürmükçay dərəsinin sol tərəfində (Qax-İlisu yolunun sağ tərəfində)yerləşir.

Zaqatala oteli, Zaqatala şəhərin mərkəzində H.Əliyev pr. 92 ünvanında yerləşir. Hotel 1990-cı ildə "Azərbaycan” mehmanxanası adı ilə fəaliyyətə başlayıb və 2002-ci ildə yenidən qurularaq "Hotel Zaqatala" kimi fəaliyyət göstərir.

Ölkədaxili otellər
Baləkən-Qubek

"Qubek" oteli Azərbaycan Respublikasının şimal-qərbində, Balakən rayonunda, Mərkəzi parkın ərazisində, 24 ha-lıq ərazidə yerləşmişdir.

Ölkədaxili otellər

“Eldorado Hotel” dağ turizm mərkəzi Kiçik Qafqaz dağlarının ətəyində, Gədəbəy rayonu ərazisində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Gədəbəydə qədim tarixə malik Qız Qalası və Koroğlu qalası, minillər öncə kommunikasiya vasitəsi kimi istifadə olunan qalaçalar, Azərbaycanda tikilmiş ilk dəmir yolu, Siemens və Nobel qardaşlarından yadigar mis və qızıl mədənləri və alman memarlıq ənənələri ilə tikilmiş körpülər və kilsələr mövcuddur. Rayonda yerləşən turşsu, narzan, mor-mor, slavyanka, və soyuqbulaq kimi bir çox şəfalı bulaqlar müxtəlif müalicəvi xassələrə malikdir.

Ölkədaxili otellər

"Palma" İstirahət Mərkəzi Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Nabran zonasında, Xəzər dənizinin sahilində yerləşir. "Palma"da siz sağlam və tam dəyərli istirahət üçün zəruri olan hər şeyi tapacaqsınız. Dəniz suyu, təmiz hava və ecazkar, möcüzəli təbiət sizin məzuniyyətinizi unudulmaz təəssüratlarla doldurmaqla yanaşı, səhhətinizi möhkəmləndirməkdə də yardımçınız olacaq

Ölkədaxili otellər
Xacmaz-Caspian Sea Resort
Azərbaycan Respublikasının ən əsrarəngiz güşələrindən biri Nabranda, Xəzər dənizinin sahilində yerləşir. Siz burada sağlam və tam istirahət üçün hər şeyi tapacaqsınız. Dəniz havası, təmiz hava və gözəl, əsrarəngiz təbiət sizin istirahətinizi unudulmaz xatirələrlə zənginləşdirəcək və sağlamlığınızı mökəmləndirəcək.
Ölkədaxili otellər

Ober-lux istirahət və əyləncə mərkəzi Azərbaycanın gözəl guşələrindən biri olan Nabran zonasında, Xəzər dənizinin sahilində yerləşir.

Ölkədaxili otellər
Masallı-Dashtvand otel

Bakıdan 245 km məsafədə, Masallı rayonunda – Masallı-Yardımlı yolunun 5-ci km-də, yolun solunda, Ərkivan kəndinin qərbində yerləşir. Hoteldə Avropa üslubunda olan 30 otaq var. Hoteldə daha 5 ikimərtəbəli kottec də var ki, buranın birinci mərtəbəsində böyük zal, mətbəx və vanna otaqları yerləşir. İkinci mərtəbədə isə vanna otağı ilə yanaşı üç, iki nəfərlik otaqlar da yerləşir. 
Dəştvənd otelinin 7 hektarlıq ərazisi var. Hotelin ətrafında iki süni göl yaradılmışdır. Bu da müştərilərimizin əyləncəsini səmərəli təşkil etmək və vaxtlarının maraqlı keçirmələri üçündür. Göllərdə nadir quşlar və balıqlar var ki, bu da istirahət edənlərin  göllərdə qayıqla gəzintiyə çıxmaları və balıq tutmaları üçün nəzərdə tutulmuşdur.

Ölkədaxili otellər
2002-cü ildə Azərbaycanın şimalında, məşhur istirahət bölgəsi olan Xaçmaz rayonu, Nabran qəsəbəsində, Xəzər dənizinin sahilində yeni istirahət guşəsi– “Atlant” ailəvi istirahət və əyləncə mərkəzi istifadəyə verilmişdir.
Ölkədaxili otellər
Şamaxı-Fortuna

Pirqulu qəsəbəsi, əvvəlki istirahət zonasından 1 km məsafədə, astro-fizika rəsədxanası ilə üzbəüz.

Ölkədaxili otellər
Astara-Sindan

Azərbaycanın cənub qapısı, Astara şəhərində bağlanır. Astara şəhərinin ən müasir otellərindən biri “Şindan” oteldir. Otelin bütün nömrələri rahat mebellə təchiz edilib. Otelin hər nömrəsində telefon , çoxkanallı kabel televiziyası , kondisioner , soyuducu , mini bar və s. var. 

2 avqust 2013
GO BACK