Hamımıza məlumdur ki, qardaş dövlət olan Türkiyənin, çox gözəl, istedadlı aktyor və aktrisaları var. Bununla yanaşı çox gözəl serialları vardır. Və həmin seriallara bizim ölkəmizdə də maraq çox böyükdür. İstedadlı aktyor və aktrisalarını bəyəndiyimiz, sevdiyimiz qədər, onların seriallarını da bəyənir və həvəslə də baxırıq. Bu gün mən sizə həmin seriallardan bir neçəsindən, dillərdə dastan olan sevgilərindən söhbət açmaq istəyirəm. İlk öncə baş rollarında Bərən Saat və Kıvanç Tatlıtuğun rol aldığı "Aşkı memnu" serialını təqdim edirəm. Məncə bu serialı izləməyən və onun haqqında məlumatı olmayan yoxdur.
Onların sevgisi nə qədər günah olsa da bir o qədər də böyük idi.
Ancaq filmin sonunda onlar bir-birilərinə qovuşa bilmədilər. Bihtər sevdiyi uğruna intihar etdi, Bəhlül isə peşmançılıq içində səfil həyatı sürməyə məhkum oldu.
Bərən Saatın ona şöhrət gətirən digər serialı isə "Aşka Sürgün" oldu. O bu serialda baş rolu Mahsun Qırmızıgüllə paylaşdı və onların hekayəsi tamaşaçı tərəfindən çox bəyənildi. "Aşka Sürgün" iki gəncin el adətlərinə, qaydalarına görə düşmənçiliyə sol qoyulması məqsədi ilə evləndirilməsi mövzusunda çəkilmişdir.
İlk əvvəllər düşmən olan bu iki gənc çox keçmir ki, bir-birilərini sevməyə başlayır.
Son zamanlarda ən çox izlənən serialların başında "Fatmagülün suçu nə" serialı gəlirdi.
Və yenə də baş rolda Bərən Saat və tərəf müqabili, rol yoldaşı Engin Ağürək.Bu serial ilk seriyalarından tamaşaçını özünə cəlb etdi.
Baxmayaraq ki, heç də ürəy açan başlanğıcı olmamışdı.
Ancaq sonraki seriyalarında Fatmagül və Kərimin yaxınlaşması bu seriala olan marağı daha da artırdı. Və sonda hamının gözlədiyi möhtəşəm toy baş tutdu.
Bəli dəlicəsinə sevgi, sərhəd tanımayan məhəbbət deyiləndə "Adını Feriha Koydum" serialı birinci yeri tutur. Əmir və Fərihanın sevgi yolu nəinki Türkiyədə və bizdə, hətta bir çox ölkələrdə rəğbət qazanmışdı.
Amma təəssüflər olsun ki, onlar bir-birilərinə qovuşa bilmədilər. Əl-ələ verib bir çox maneələri aşdılar. Ancaq onların sevgisi ölümə qalib gələ bilmədi. Onların hekayəsi hüzünlü sonla bitdi.
Günümüzün ən sevilən, bəyənilərək izlənən seriallarından biri də Türkiyənin Osmanlı tarixindən bəhs edən "Möhtəşəm Yüz İl" serialı və Sultan Süleymanla Hürrəmin sevgisidir.
İlk gördüyü gündən bu günə Hürrəm sultanı dəlicəsinə sevən Süleyman hətta bu sevgisi yolunda ilk övladının anası olan Mahi Devranıda həyatından tamamilə kənarlaşdırır. Bu, Mahi Devran üçün çox ağır olsa da o övladı üçün bununla barışır.
Dərin məhəbbətlərinin sonu ayrılıq olsa da İbrahim paşa və Xədicə Sultanın məhəbbəti də dillər əzbəri olub.
Hürrəm sultanın əli ilə öldürülən İbrahim paşanın illər boyu yasını tutan Xədicə sultanın üzü o gündən bu yana gülmür və həyata küsür.
Allah hər kəsi sevdiyinə qovuşdursun...
Ardı var...