Qadin.NET / Dibçək bitkiləri haqqında

Dibçək bitkiləri haqqında

Kiliviya

Kiliviyanın  3  növü  məlumdur,  vətəni   şərqi-cənubi  Afrikadır.  Heç  bir   şeyə  tələbkar  olmayan  bu  bitkinin   ətli,  tünd  yaşıl  yarpaqları,   gövdənin  qalınlaşmış   yeraltı  hissəsi  (soğanı) və  qıfa  bənzər  narıncı  çiçəkləri  vardır.  Kiliviyanı   toxumla  və  ya   bitikinin   soğanlarını   bölmək  yolu  ilə   çoxaltmaq  olur.Toxumla  çoxalan  kiliviya   beşinci   ildə  çıçəkləyir.Ana  bitkinin  yanında  bala  soğanlar  əmələ   gəlir. Onu  bölüb  başqa  yerdə  əkmək  lazımdır. Kiliviyanı  əsasən  ağır   çürüntülü  torpağa  əkmək  məsləhət  görülür.Onun  çıçəklənməsini  mineral  vasitələrlə   sürətləndirirlər. Kiliviya  əsasən  qışın  sonunda,  baharın  əvvəlində   çiçəkləməyə   başlayır  və  bu  zaman   çox  qəşəng  olur.

Kiliviyanı  diametiri   böyük  olan  dibçəklərdə  əkmək   yaxşıdır,  çünki   bu  bitki   bir  ilə,  bəzən  bir  neçə  bala  verə  bilir.Payızda   sulanmasını   azaldır,   qışda  isə  tamamilə  kəsirlər.Yalnız   çiçəklənmə   müddətintdə  onu  sulamağa  başlamaq  lazımdır.

Dibçək bitkiləri haqqında

Rododendron

Rododendron  ( Azaliya)   süpürgə  kimilər   fəsiləsinə  aid  olub  əsasən  cənubi- şərqi  Asiyadanın  şimal  yarımkürəsində  yayılmışdır. Onun 1 000-ə qədər  növü  məlumdur.  Bağçılıqda  Rododendronu  həmişə  yaşıl  və  yarpaqlarını  tökən   iki  qurupa,  sonra  həmin  qurupları  yenə  2  yerə- rododenronlara   və  aziliyalara  bölürlər. Avropaya  Aziliya  XVIII  əsrin   əvvəllərində  Çın  və  Yaponiyadan   gətirilmişdir.Hazırda  Aziliyanın  dibçəkdə   yetişdirilən  2 000-dək  sortu  vardır.Aziliyaları  qələmlər  vasitəsilə  çoxaldırlar.Kök  tutmuş  qələm,  ilk   çiçəkləri  iki  ildən  sonra  verir.Aziliyaları   yumşaq  su ilə  (qaynadılmış və ya  yağış suyu)  ilə  suvarmaq  məsləhət  görülür.Çiçəklədikdən  sonra  onu  ya  açıq  havaya  çıxarmaq  və  ya  da  yarımkölgə  olan  yerdə  saxlamaq  lazımdır.  Bu  zaman  bitki  yenə  zoğlar  verməyə  başlayacaq  ,  təqribən  iyul  ayında  qönçələyəcəkdir.Bu  zaman  onu  gübrəli  (  1  litr  suya  2,5  qram  gübrə)   su  ilə  suvarmaq  məsləhətdir.Payız  gəldikdə  onu  təzədən  otağa  gətirmək  lazımdır.Bir  müddətdən  sonra  o  çiçəkləməyə  başlayacaqdır.

Sırğagülü

Sırğagülünün   ( Fuksiya)  yüzə  qədər  növü  məlumdur.  Vətəni  mərkəzi  və  cənubi  Amerikanın  dağlıq  zonası  və  Yeni  Zelandiyadır.Əksəriyyəti  kol  və  çiçək ağaclardır  ki,  onlardan da  bəziləri  Yuqaslaviyanın   isti  zonalarında  açıq  havada  özlərini  yaxşı  hiss edirlər.Sırğagülünü  qələm   vasitəsi  ilə  çoxaldırlar.Qələmlə  çoxaltma  vaxtı   fevral-mart,   avqust-sentiyabr  aylarına  təsadüf  edir .Sırğagülünü   becərmək   çox da  çətin  iş  deyil .Qış  vaxtı  ağacalar  yarpaqlarını  tökür,  yayda isə  yeni  yarpaq  və  zoğ  verirlər.Bütün  yayı  çıçəkləyirlər.Bəzən  payızda  yarpaqlarını  tökməyəndə, onları  bir  müddət  soyuq  yerdə  saxlamaq  lazımdır ki, yarpaqlarını  töküb  dinc  dövrə  keçsınlər.

Dibçək bitkiləri haqqında
9 avqust 2013
GO BACK