Qadin.NET / Dahilərin dəyərli sözləri

Dahilərin dəyərli sözləri

   Dahilərin dəyərli sözləri

* İcrasını özün bacardığın işdən ötrü heç vaxt başqasını narahat etmə. (L.N.Tolstoy)

* Yaxşılıq etmək istəyən adam bağlı qapıları döyər, sevən adamın isə üzünə bütün qapılar açıq olar. (Rabindranat Taqor)

* Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır. (P.Buast)

* Sənin haqqında nə düşünürlərsə düşünsünlər, ədalətli hesab etdiyin işi gör. (Pifaqor)

* Sadəlik əxlaqi gözəllik üçün əsas şərtdir. (L.N.Tolstoy)

* Pisə malik olmaqdansa, yaxşını gözləmək sərfəlidir. (Servantes)

* Mədəniyyətin dərəcəsi birbaşa əməyə məhəbbətdən asılı olur. (M.Qorki)

Dahilərin dəyərli sözləri

* Əcaib, qəribə geyimlər gözəlliyi də eybəcərləşdirir. (P.Buast)

* Yer üzünün səadəti torpaqdır. Xoşbəxt o adamdır ki, bu torpağı əkib-becərir və üstündə namusla ömür sürür. (Xose Marti)

* Bircə saatın qədrini bilməyən həyatın qədrini tam başa düşə bilməz. (Ç.Darvin)

* Həyatın əsas elementi əmək və həyatın əsas əlaməti fəaliyyətdir. (N.Q.Çernışevski)

* Məqsədə çatmağın olması mümkün,

 Zəhmətdən, təlaşdan əl çəkmə bir gün. (Ə.Cami)

* Təmkinlik igidliyin ən yaxşı cəhətidir. (V.Şekspir)

* Kitablar mənim üçün tacdan qiymətlidir. (V.Şekspir)

Dahilərin dəyərli sözləri

* Bütün xalqların və zəmanələrin kitablarına müdrikliyin və sirayətedici xeyirxahlığın çox böyük inciləri səpələnmişdir. (L.N.Tolstoy)

* Faydalı məsləhət almaq heç vaxt gec deyil. (B.Conson)

* "Vətən" sözü cəsarətsiz adamı da igid edir. (Lukian)

* Gənclik arzu, inam, igidliyə həvəs deməkdir. Gənclik-lirika və romantikadır. Bu, gələcək üçün tükənməz arzulardır. Bütün yaxşı əməllərin başlanğıcıdır. (Nazim Hikmət) 

* Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün. (N.Nərimanov)

* Vətənin tüstüsü də bizim üçün şirin və xoşdur. (A.S.Qriboyedev)

23 iyul 2013
GO BACK