Dostluq zamana və yerinə baxmadan,maddi və mənəvi keyfiyyətlərə o qədər də əhəmiyyət verməyən dünyanı ağ-qara rəngdə yox,rəngarəng görən duyğu və duşüncəsini özündə cəm edən insandır.
Dost varlığıyla hər anımı deyerli eden sevinc,göz yaşı,qurur,təsəlli hissini bir arada yaşada bilən,həyatıma dəyər qatan unudulmaz varlığımdır.
Varlığı mənim üçün dəyişməz qalan,uzaqlarda olsa da yeri hər zaman görünən,varlığını bir sms-lə bildirən candır- dost.
Dostluq fedakarlıqdır.Özünə bilə etiraf edə bilmədiyin sirrini,yaşadığın hər anı bilən,sənə mənəvi dayağ olan ,Üzüntülü anında belə üzünü bir anlığa da olsa güldürə bbiləndir dost.Sənin dərdini özününki bilən,yaşadığın hər anı səninlə yaşayan etibarlı bir ürəkdi.Həyatda hamıya inam ,etibar olmaz dost elə bir seydir ki,ona gözü bağlı güvənməlisən.Təbii ki,bunun üçün zaman da çox önəmlidir.
Kimlər həyatımıza gəlsə də onun yeri həç vaxt dəyişmyərək qalacaq.Mənim üçün bu,illər keçsə də belə qalacaq.Bəlkə də belə düşündüyüm üçündür ki,illərdir dostluqlarım davam edir.Dostluğa nə qul,nə ağa lazımdır.O,bərabərliyi sevir.
Bəzən dostluqlar adi bir səbəbdən bitə bilir.Bunu hər iki tərəf də qəbul etməsə də, bəzən qurur hissi bunu bitirə bilir,bəzən də başqa birinin tək bir sözü .Mən bilib-bilmədən dostluğu bitirməyə çox qarşıyam.Nöqsansız dost axtaran dostsuz qalar.
Həyatda bəzi anlar vardır ki,o anlarda dost və düşmənini tanıya bilirsən.Məncə dost şad gündə tanınır.Çünki dar gündə hamı yanında olur.ama sevincli gününə hamı sevinə bilməz .Ailə və dostdan başqa.
Dost sarğı kimidir.Yapışdırarkən yaranı sarar amma çıxararkən canı yandırıb yaxar...
Bəs sizin üçün dost nədir?