*Qadının xarici gözəlliyi deyil,namusu mənim məhəbbətimə layiq ola bilər. (Şekspir)
*Ata övladlarından imtina edə bilər, hətta onların yanından heç yoxmuş kimi ötə də bilər. Amma bunu ana edə bilməz. (Averbax)
*Qadın yalnız özü ədalətsiz olduğu zaman bağışlayır. (Hüssi)
*Kişilərin səbri illərlə, qadınlarınkı dəqiqələrlə ölçülür. (Moliki)
*Qadınlardan ölümdən qaça bilmədiyin kimi qaça bilməzsən. (M.Qorki)
*Qadının təmiz adı o qədər zərif şeydir ki, hətta ən kiçik küləkdən belə qorunmalıdır. (Lefler)
*Təbiətin gözəl qüsuru qadındır. (Milton)
*Qadınlarla iş görmək çətindir. Yaxınlaşırsan-cırmaqlayır, uzaqlaşırsan-donquldanır. (Konfutsi)
*Qadın ləyaqətinin ölçüsü sevdiyi kişi ola bilər. (Belinski)
*Qadınlar üçün sirr saxlamaq nə qədər də çətindir. (H.Heyne)
*Qadın hər şeyi hətta görən gözü də aldada bilər. (Dostayevski)
*Ağıllı bir qadın xəzinədir. Gözəl və ağıllı qadın isə gücdür. (George Meredith)
*Qadın ya sevər ya da nifrət edər. Onun üçün bu iki duyğunun ortası yoxdur. (Madam Stael)
*Qadınlar müvəffəqiyyətlərini əldə etdikləri zənginliklərlə deyil,ətrafına yığdıqları sevgiylə ölçərlər. (M.Linda)
*Gözəl bir qadın gözə, yaxşı bir qadın da ürəyə xoş görünər. Birincisi brilliant,ikincisi də xəzinədir. (Napoleon Bonapart)
*Heç bir bəzək və makyaj bir qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz. (E.Zola)
*Qadınların gözləri iti, zəkaları oyanıq, düşüncələri vəsvəsəli olur. (G.Maupassant)
*Qadınlar kişilərdən daha çox hikmət sahibidirlər. Daha az bilər, daha çox anlarlar. (J.Duhamel)