Qadin.NET / Ulduzları utandıran anlar

Ulduzları utandıran anlar

Əziz xanımlar, əvvəlki xəbərimdə məşhur ulduzların savadsızlığından xəbər hazırlayıb sizinlə bölüşmüşdüm, indisə onları utandıran məqamlar haqda xəbər hazırlamağı özümə borc bildim. Hərdən bizə elə gəlir ki, dünya ulduzları heç nəyə əhəmiyyət verməyən, istədikləri kimi yaşayan insanlardır. Ancaq onların da peşman olduqları anlar kifayət qədərdir. Beləliklə, ulduzları utandıran hərəkətlər...

Ulduzları utandıran anlar

Alek Boldiun

11 yaşlı qızı Aelen küçədə hər kəsin qarşısında qışqıraraq, onu təhqir edib. Ürəyi soyumayan ata keçmiş həyat yoldaşı Kim Besencerə də təhqiramiz sözlər deyib. O, ömrünün sonuna qədər bu hərəkəti özünə bağışlamayacağını etiraf edir.

Eddi Merfi

Həyat yoldaşı Melani Braun hamilə olarkən bütün mediaya uşağın ondan olmadığını deyib. DNT analizindən sonra uşağın atasının məhz Eddi olduğu sübut olunub. Ancaq Eddi hələ də utandığından övladının üzünə baxa bilmədiyini söyləyir.

Lindi Lohan

Canlı efirdə olarkən ona gizli çəkilmiş açıq-saçıq şəkllərini göstəriblər. Bu şəkillərdən qəzəblənən Lindi əlinin altında olan bıcağı aparıcının boğazına dirəyib, onu öldürməklə təhdid edib. Sonrakı açıqlamalarında Lindi bu hərəkətinə görə utandığını və heç vaxt bunu özünə bağışlamayacağını deyib.

Devid Hoselhov

Sərxoş halda Las-Veqas otellərinin birində yerə uzanan Devid sevgilisinin ünvanına təhqiramiz sözlər işlədib. Hadisə həvəskar kameraya çəkilib və efirə verilib. Bu hərəkətindən sonra sevgilisindən ayrılan Devid utandığından onun üzünə bir daha baxa bilməyəcəyini söyləyib.

Avril Lavinq

Özünün ifa etdiyi "I Wanna be your boyfriend" mahnısının müəllifi kimi göstərib. Ancaq 70-ci illərdə fəaliyyət göstərən Rubinos qrupunun solistləri mahnının onlara aid olduğunu sübut edərək müğənnini plagiatlıqda günahlandırıblar. Məhkəmə vaxtı mügənni xəcalət çəkdiyini və özünü təhqir olunmuş hesab etdiyini deyib.

Kid Rok

Həyat yoldaşı Pamela Andersonun keçmiş sevgilisi Tomi Linin yanındakı mühafizəçilər isə Kidi o ki var döyüblər. Sonda isə o, xuliqanlıqda günahlandırıb, bir neçə aylıq həbs cəzası kəsiblər. Kid Rok hər müsahibəsində bu hərəkəti üçün hamıdan üzr istəyir.

Ulduzları utandıran anlar

 

Çarli Simon

Keçmiş həyat yoldaşı Denis Riçarddan boşandıqdan sonra onun haqqında yaydığı xoşagəlməz şaiyələri heç vaxt unutmayacağını deyir. Hətta Çarli bu xəbərlərdən sonra uzun müddət depressiyadan çıxa bilməyib, intihara cəhd edib.

Riçard Gir

"QİÇS-ə yox deyək" kompaniyasının keçirdiyi tədbirdə hindli aktirisa Şilpe Şettinin dodaqlarından öpmüşdü. Hadisə Hindistanda böyük səs-küyə səbəb olmuşdu. Nəticədə aktyoru məhkəməyə vermişdilər. Riçard həyatı boyu bu qədər utanmadığını deyir.

20 iyul 2013
GO BACK