Qadin.NET / Qardeniya bitkisi

Qardeniya bitkisi


Ağ və sarı rəngdə olan Qardeniyanın çox gözəl ətri var.

 

Qardeniya bitkisinin yetişdirilməsi, baxımı və sulanması:
 

*Doğrudan günəş işığı istəməyən bu bitki bilvasitə işıqlardan da faydalana bilər.
*Çox-çox soyuq və isti havada buraxma çiçəyin yarpaqlarına və çiçəklərinə fayda verməz.
*Hava axınlarından asan təsirlənən Qardeniya bitkisi bu təsirdən qorunmalıdır.

Sulamada ən əhəmiyyətli ünsürlər

-Qış aylarında bitki həddindən artıq soyuqdan qorunaraq susuz buraxılmamasına diqqət yetirilməlidir. 
-Yaz aylarında isə bitkinin suya olan ehtiyacını tamamilə aradan qaldırmaq üçün həftədə ən az iki dəfə sulanmalıdır.
-Su bitkinin hər hissəsinə çatdırılmalıdır.
-Sulanmadan sonra bitkinin qabında su qalmamasına çox diqqət yetirilməlidir.
-Bitkini sulayarkən istifadə edilən qab hər sulamada eyni ölçüdə olmalıdır.
-Sulamalar eyni gündə və eyni miqdarlarda su ilə edilməlidir.
-Qardeniyada çox böyük bir dəyişiklik görülmədiyi müddətcə sulanmada istifadə edilən qab, ölçü və su miqdarı dəyişdirilməməlidir.
- Bitkiyə qış aylarında krandan götürdüyümüz soyuq bulaq suyunu verməməliyik. Verdiyimiz su otaq istiliyində olmalıdır.
- Tez-tez saxsı qabı dəyişdirmək, böyük olan saxsılar qardeniyanın inkişafına çox böyük maneələrdir.

*Qış aylarında qardeniyanın olduğu mühit 14-15 dərəcənin altına düşməməlidir.

Qardeniya bitkisinin çoxaldılması:

* Qardeniyanın çoxaldılması bitkinin köklərindən ayırma üsuluyla ola bilər.
*Bitkini kökündən çıxararaq üst qisimlərə uzanan incə qisimlər bitkiyə bənzəyən yeni bitkilər meydana gətirər.
*Bu yeni bitkiləri götürüb başqa saxsılara tikərək yeni qardeniyaları meydana gətirə bilərik.
*Bu üsul həm asan həm də zəhmətsizdir. 

Qardeniya bitkisi



4 iyul 2013
GO BACK