Əvvəlki xəbərimdə “Maşa və ayı” cizgi filminin necə yaranmasından yazmışdım. Bu dəfə isə Maşa və ayının həyatından, tanışlığından yazıram. Gələn şərhlərinizdən məlum oldu ki, Maşanı doğrudan da hamı sevir. Bu dəcəl qızın böyük enerjisi əksər ölkələrə səs salıb. Yəni Rusiyada, Azərbaycanda, Ukraniyada, İseçrədə, Moldovada və s. dövlətlərdə izlənilir. “Maşa”dan bütün meşə heyvanları qorxur.
Və beləliklə ayı ilə dostluğu başlayır.
Maşa çox tərsdir, hər şeylə maraqlanandır. Bütün seriyalarda əynində don və başında şalı ilə daha maraqlı görünür. Sakit həyat tərzi keçirən ayının həyatına rəng qatır.
Ayı keçmiş əhliləşdirilmiş sirk ayısıdır. Hər şeylə maraqlanan Maşanın dostudur. Ayının evində bütün müasir kommunikasiyalar - elektrik avadanlıqları, telefon, poçt qutusu var.
Ayı üçün meşədə həyat çox sakitdir. Ayı balıq tutmağı, arı saxlamağı, giləmeyvə və göbələk yığmağı çox sevir. Velosiped sürməyi, rolik və konkidə də hərəkət etməyi çox xoşlayır.
Ayının Maşa ilə dostluğu çoxlu ekstremal macəralarla yadda qalıb. Ayı keçmişdəki kimi yaşaya bilməz, o başa düşür ki, Maşa onun sakit həyatına başqa bir rəng qatır. O, Maşasız darıxır.
Maşa demək olar ki, ayının başına oyun açır.
Maşanın DVD-ləri, jurnalları, oyunları, hətta uşaqlar üçün şəkilli köynəkləri də var. “Maşa və ayı” jurnalı 11 yanvar 2011-ci ildən çıxır.
Jurnalda çoxlu oyunlar, gülməli şəkillər, maraqlı hekayələr, şən şeirlər və mahnılar var. Jurnalı “РГМОНТ” nəşriyyatı çap etdirir. Rus nağılları əsasında çəkilmiş bu cizgi filminin öz xüsusi saytı da var.