Qadin.NET / Telefonda hirsli insanı necə sakitləşdirmək olar?

Telefonda hirsli insanı necə sakitləşdirmək olar?

Telefonda hirsli insanı necə sakitləşdirmək olar?

Əgər hansısa müəssisədə telefonçu (telefona cavab verən məsul şəxs) işləyirsinizsə, o zaman telefona hirsli cavab verənlərlə necə danışmağı mütləq öyrənməlisiniz. Telefonda danışarkən müxtəlif yollardan istifadə edərək qarşınızdakı şəxsin qəzəbini yatızdıra bilərsiniz. Hirsli biriylə danışarkən siz də hirslənərək tələyə düşməyin. Bunun yerinə qarşınızdakını bu vəziyyətə gətirən səbəbi anlamağa çalışın.
 Çox vaxt müştərilər hansısa problemlə üzləşdikləri zaman qəzəblənirlər. Bu hiss böyüyür və bəzən mövzuyla heç əlaqəsi olmayan, amma telefona cavab verən ilk adamla hirslə danışmağa başlayırlar. Bəzən də müəssisə içində işçilər arasında bu cür telefon danışıqları olur. Bəziləri yeni qaydaların tətbiqi zamanı və ya verilən hansısa qərarla razı olmadığı üçün əsəbləşə bilər. Bəs belə vəziyyətlərdə necə davranmaq lazımdır?

Telefonda hirsli insanı necə sakitləşdirmək olar?

• Sakit olun və hadisəyə bitərəf yanaşın.
• Həqiqətən səhviniz varsa, bunu dərhal qəbul edin.
• Zəng vuranın hirsini artırmamağa çalışın.
• Zəng vuran şəxs bütün hirsini danışığın əvvəlində dilə gətirməsinə icazə verin, sakitləşməsi üçün əsla sözünü kəsməyin.
• "Sakit olun" kimi sözlər sərf etmədən, özünüz sakit göstərərək qarşınızdakını sakitləşdirin.
• "Mən sizi anlayıram" kimi reaksiyalar verib, duyğularına şərik olun.
• Mövzuyla əlaqədar məlumatları alın və zəng vuranın sizdən nə istədiyini anlamağa çalışın.
• Nə edilməsi lazım olduğunu, mövzunu doğru başa düşdüyünüzü qarşınızdakına başa salın.
• Bu danışıqdan sonra necə hərəkət edəcəyinizi ona açıqlayın.
• Əgər mövzu haqda məlumatınız yoxdursa və ya problem sizin sahəyə adi deyilsə, onu bir başqasına təhvil verə bilərsiniz. Amma zəng vuran şəxsə üçüncü bir şəxslə görüşməsi lazım olduğunu söyləməyin. Siz görüşün, hər şeyin qaydasında olduğundan əmin olun və nəticəni bildirin.
• Görüş zamanı problem həll olunmursa, nəticə əldə edənə qədər hər addımdan zəng edəni xəbərdar edin.
• Zəng vuran şəxs suallarınıza mənasız cavab verərsə, anlayışlı və nəzakətli bir ifadə ilə görüşməyə daha sonra davam etməyi təklif edin.

6 aprel 2016
GO BACK