Əziz Qadın.net-lilər, ümidsizliklə bağlı bir neçə fikirləri sizinlə bölüşmək istəyirəm.
- Allahın rəhmətindən ümid kəsməyin. Çünki, kafirlər toplusundan başqa Allahın rəhmətindən ümid kəsilməz. ( Yusif surəsi,87 )
- Ümidsizlik şeytan əməlidir, Allah yolundan sapındırar.
- Ümidini itirən insanın başqa itirəcək heç bir şeyi yoxdur.
- İnsanı həyata bağlayan şeylər eyni zamanda həyatdan qoparan şeylərdir.
- Hər ümidsizliyin arxasında bir ümid yatar.
- Gecə ən qaranlıq və əbədi göründüyü zaman gün işığı ən yaxın olanıdır. Hər qaranlıq gecənin bir nurlu sabahı var.
- Ümidsizlik hər şey varkən heçnə olmamış kimi yaşamaqdır.
- Həyatda ümidsiz vəziyyətlər yoxdur əslində, yalnız ümidsizlik gözləyən insanlar vardır.
- Sinəmdə bir sızıltı var. Damıb axar içimdəki ümidlər göz yaşlarıma qarışıb axar, çatlayan ürəyimi sızladar.
- Ümidsiz qalmaq ölmək deməkdir.
- İman gətirən insan hər şeyini itirsə belə, ümidsizliyə qapılmadan səbr və şövqlə hər şeyə yenidən başlaya bilər.
- Ümidlə ümidsizliyin arası bir addımdadır.
- Ümid sonsuzluqda yellənən beşik kimidir, boş gedib dolu gələr.
- Ümidsizliyə qapanmayın! Allah böyükdür! Allah hər şeyi görəndir və biləndir! Ümid Allahdandır! Hər açılan sabahımıza şükür edək! Allah bizə səbr versin! Amin...
- Ümidsizlik özünü belə sevməməkdir.
- Ümid işığı həyatımızdan heç vaxt əskik olmamalıdır.