Qadin.NET / Dahilərdən gözəl sözlər-9

Dahilərdən gözəl sözlər-9

 

Dahilərdən gözəl sözlər-9

 

Məzlumun qisas alma günü, zalımın zülm etdiyi gündən daha qorxuncdur. (Hz.Əli)

***

Hər kəsin 3 şəxsiyyəti vardır: Ortaya çıxardığı, sahib olduğu, sahib olduğunu sandığı. (Alphonse Karr)

***

Ürək yorğun düşdümü, tər gözdən axar. (Mövlana)

***

Düşmənindən ala biləcəyin ən yaxşı qisas - uğurdur. (Frank Sinatra)

***

Küçə lampası kimi ol ey yar, Kimə yandığın bəlli olsun. (Nəcib Fazıl Kısakürek)

***

İnsanın bütün orqanları gün gələr yorular, dil xaric. (Konrad Adenaure)

***

Afrikaya dərman göndərməyə qərar vermişdik. Lakin hamısının üstünə "tox qarına" yazılmışdı. (Çarkes Bukovski)

***

Dünyanın harasında olursan ol, olduğun yerdə deyil, düşündüyün yerdəsən. (J.Kristofe)

 

Dahilərdən gözəl sözlər-9

 

***

Budağın ucuna qədər getməkdən qorxma, çünki meyvə ordadır. (Eynşteyn)

***

Əslində yarpaq ağacdan sıxılmışdı, payız bəhanə idi. (Bəhruz Dijurian)

***

Dünyanın ən yaraşıqlı, zəngin, müvəffəqiyyətli adamı da olsan, bir qadın səni uşaqlarının atası kimi görmürsə, sıfırsan. (Chuck Palahniuk)

***

İmtahanlara hazırlaşmağa daim gec başlayın. Bu sizə zaman rəhbərliyini və təcili vəziyyətlərlə başa çıxmagı öyrədər. (Bill Geyts)

*** 

Hər şey həmişə  yaxşı qurtarır, əgər yaxşı qurtarmayıbsa deməli hələ bu son deyil. (Paulo Coelho)

 ***

Yalanlarla istədiyiniz yerə gedə bilərsiz, amma geri qayıda bilməzsiz. ( Transsiberian )

***

***

Dərdlərinizi başqalarına danışmayın. Çoxu maraqlanmaz, geri qalan isə məmnun olar. ( Nantucket Philipsopher )

***

Yaxşı ki, keçirsən zaman, ya ağrının ən dərin yerində dursaydın? ( Mövlana )

***

Mənim həyatında çoxlu problemlər var, amma mənim dodaqlarım bunu bilmir. Onlar həmişə gülür. ( Çarli Çaplin )

***

Mən insanları beynimdə öldürürəm. ( Fringe )

***

2 iyul 2013
GO BACK