Musiqi həyatına uşaq yaşlarda başlayan Gökhan Özən, 6 yaşındaykən 1986-cı ildə Ankara Dövlət Opera və Baleti çox səsli uşaq xoru imtahanlarında qalib olaraq ilk müvəffəqiyyətlərindən birinə imza atmışdı. Dünya səviyyəsində klassikləşmiş opera əsərlərini 3 il ərzində bir çox dəfə xor ilə birlikdə səhnədə sərgiləmişdi.
Daha sonra 1991-ci ildə TRT Ankara Radiosu TSM Uşaq xorunun imtahanlarını birinciliklə bitirdi, 7 il davam edən Türk musiqisi təhsilinə başladı.
Gökhan Özen, bu xor ilə birlikdə, ölkəsini Fransa və Rusiya kimi bir çox ölkənin festivallarında təmsil etdiyində hələ 12 yaşı var idi. Gökhanın bu dünyaya musiqi üçün gəldiyi hələ o illərdən məlum idi.
Daha sonra ilk, oxuduğu TED Ankara Kollecində məzun olub, 17 yaşında əldə etdiyi universitet imtahanı ilə Ankaradan ayrlıb xəyallarının arxasından İstanbula getdi. Həyat mübarizəsi onun üçün bu şəhərdə başladı.
1999-cu ildə "Dayanamam", "Üşüyürəm" kimi mahnıların da içində olduğu '' Xüsusi'' adlı ilk albomunu satışa çıxardı.
Daha sonra 2000-ci ildə bütün bəstələri özünə aid olan "Duman Gözlüm'"albomu ilə "Aramazsan Arama", "Dön Çarem"kimi hitlərə imza ataraq Türk Pop musiqi bazarı gündəminə bomba kimi düşdü.
Gökhan Özen 2002-ci ildə bir sonrakı albomunu "Civciv"i bazara çıxardı.
Yenə hamısı Gökhan Özenin öz bəstələrindən ibarət olan, DMC etiketli bu albomun içində də saysız hit mahnı var idi. "Hər şeydə Bir az sən Varsın", "Boş ver", "Sərçə" kimi hitlərlə ilk həftəsində 300.000 üzərində satışla Özen qırılması çətin bir rekorda da imza atmış oldu.
2004-cü ildə "Əslində" albomu ilə yenidən salam dedi sevənlərinə. "Əslində" albomu yenə bir çox mükafata layiq görülmüşdür.
"Resimlər & Hayaller" albomu ilə müvəffəqiyyətlərinə müvəffəqiyyət qatan Özen, "Bize Aşk Lazım" maxi single ilə yenə hər kəsin dilinə mahnılarını salmağı bacardı.
Gökhan Özen "Kalbim Seninlə", "Sitemkar", "Resimlər Hayallər", "Budala" kimi mahnıların da klipinin rejissorluğunu özü edib.
Gökhan Özen - Milyoner albomu 2013
Xoş dinləmələr...