Qadin.NET / Tovuz quşu haqda nə bilirsiniz?

Tovuz quşu haqda nə bilirsiniz?

Tovuz quşları çox köhnə tarixlərdən günümüzə qədər bütün insanların sevimlisi olmuşdur. Həyatımızın bir çox dövrlərində bəzi hekayə və mövzularda adı keçib gözəlliyindən bəhs edilmişdir. Tovuz quşlarını bu qədər maraqlı və məşhur edən gövdəsindəki və uzun quyruğundakı parlaq göz oxşayan rənglərdir. Bu möhtəşəm rənglər hər kəsin böyük marağımı qazanmışdır. Bu möcüzəvi quşların ana vətəni Hindistandır. Ən çox tanınanı mavi tovuz quşlarıdır. Həyat sahələri meşələr və bol yemək tapa biləcəkləri əkili sahələrdir. Dişi və erkəklərin səsləri bir az fərqli olur, olduqca da qışqırıq şəkildədir. Ev mühitində də bəslənə bilən bu quşlara rahatlıqla gəzə biləcəyi böyüklükdə hin hazırlanaraq baxıla bilər. Xüsusilə bağçası olan evlər və ya yetkin erkəklərin quyruqlarını açanda qırılmayacağı şəkildə böyük hinlərin olması vacibdir. Tovuz quşlarının dişiləri 2 yaşlarında yumurta qoymağa başlayır və erkəkləri də 2 yaşında cinsi yetkinliyə çatır. Erkeklerin quyruğunun uzanması 2-3 ilə çəkir. Bu rəngarəng quşları hinlərinə alışdırıb bağça və ya ətrafa da sala bilərsiniz. Ancaq bağçanızda əkili olan çiçəklər, bitkilər və ya tərəvəz varsa, bunlara zərər verə bilərlər. Baxımı olduqca asan olan bu quşlara buğda və qarğıdalı kimi müxtəlif qarışıq yemlər verilə bilər, hətta bol-bol göyərti də verə bilərsiniz. 

Tovuz quşları necə törəyir?

Tovuz quşlarının artma vaxtı aprel və avqust ayları arasındadır. Dişilər 15-20 ədəd arasında yumurta qoyurlar. Yumurtalarını götürmədiyiniz zaman çox vaxt özləri kürt yatırlar. Hinlərinə yerdən 1.5 metr yüksəklikdə xüsusi yerlər düzəldilmelidir. Burda rahat yumurtlayacağı alt tərəfi saman dolu yuvalarla möhkəm bir şəkildə yerləşdirilməlidir. Bu möhtəşəm quşların kürt yatma müddəti 28 gündür.

Ağ tovuz quşu gördünüzmü? 

Tarixdən günümüzə qədər araşdırma mövzularında həmişə öz yerini alan tovuz quşu növləri var: ağ tovuz quşu, mavi tovuz quşu, qara qanadlı tovuz quşu və parçalı tovuz quşu.

Ağ tovuz quşlarının quyruğu və bədəni ağdır. 2 yaşlarında cinsi yetkinliyə başlayır. 8-15 ədəd yumurtalayırlar və kürt müddəti 28 gündür. Mavi tovuz quşuna verilən yemlər ağ tovuz quşuna da verilə bilər.
Qara qanadlı tovuz quşları
Adından da aydın olduğu kimi qanadları qara və parlaq yaşıl rəngdə olur, dişilərində isə açıq qəhvə və krem rəngindədir. Bala vermə yaşında olur. Aprel-may aylarında yumurtlamağa başlayırlar. Yumurtalar 8-16 ədəd olub kürt müddəti 28 gündür. Baxımı və bəslənməsi digər tovuz quşları kimidir.

Mavi-ağ parçalı tovuz quşları

Bu cinsin dişi və erkəyində mavi, ağ və qəhvə rəngləri bədənin hər bölgəsinə yayılıb. Artırma 2 yaşlarında olub aprel və ya may aylarında yumurtlamağa başlayırlar və illik yumurta qoymaları 8-16 ədəddir. Yenə kürt müddəti 28 gün olub baxımı və qidalanması digər tovuz quşları kimi eynidir. 

4 iyun 2013
GO BACK