Uşaq saç modelləri müasir zəmanəmizdə heç də böyüklərin saç modellərindən geri qalmır, hətta tək qızların deyil, həm də oğlan saç modelləri... Anaları da hər zaman bu sual düşündürür ki, görəsən balaca oğluma hansı saç düzümünü etsəm daha müasir və əlverişli olar. Buna görə də sizə 2013-cü ilin uşaq saç modellərini təqdim edirəm.
Bu Bobrik adlı saç düzümüdür. Bu saç modeli həm çox məhşur, həm də əlverişlidir. Çünki bu saç modeli çox baxım tələb etmir. Bu saç modeli aktiv uşaqlar üçün daha əlverişlidir. Ən əsası da budur ki, bu model ilin bütün fəsillərində edilə bilər.
Bu "İti uclu" saç modelidir. Bu saç modeli bir çox oğlanların sevdiyi modeldir. Çünki bu saç modelini saç kremlərindən istifadə edərək çox asan şəkildə yarada bilirlər.
Papaq saç modeli. Daha çox qalın saçlı uşaqlara yaraşır və daha uzun müddət öz formasını itirmir.
Bu saç modeli də "papaq" adlanır. Lakin digərinə baxanda bu bir az uzun modeldir. Qış aylarında daha əlverişli saç modelidir.
Buruq saçlı oğlan uşaqları üçün iti uclu saç modeli.
Sezar adlı saç modeli. Son illər daha çox rok ifaçıları bu modeldən istifadə etsələr də uşaqlar arasında da çox yayılıb.
Bu saç modeli son 2-3 ildə daha çox yayılıb. Uşaqlar arasında ən çox sevilən saç modelidir.
Bu saç modeli 3-4 yaşlı balaca kişilər üçün əlverişlidir. Çünki dağınıq saç modelidir.
Ümid edirəm bu saç modellərini bəyəndiniz və balaca kişi balalarınızın saç modelini dəyişmək fikrinə düşsəniz çox fikirləşməyəcəksiniz.