Qadin.NET / Bölgələrimizin mətbəxi - paytaxtımız Bakı

Bölgələrimizin mətbəxi - paytaxtımız Bakı

    Küləklər şəhəri, paytaxtımız Bakı. Öz gözəlliyi ilə dünyada tanınan Bakı. Şeirlər, nəğmələr qoşulmuş Bakı. Bu xəbərimdə sizlərə paytaxtımız olan Bakının mətbəxindən söz açacam. Bakı mətbəxi dedikdə ilk öncə Bakımızın naz-nemətləri bir-bir göz qabağına gəlir. Bakı bağlarıının ən yaxşı meyvəsi əncir, ağ-qara üzüm(şanı), badam, püstə, zeytun, iydədir. Göyərtisi, müxtəlif ədviyyatları, Zirə pomidoru ilə çox məşhurdur.

Bölgələrimizin mətbəxi - paytaxtımız Bakı
Abqora
Kal üzüm suyudur, xəmir xörəklərdə, yüksək qan təzyiqində işlənir. 
Ağ tut doşabı
   Tutu yuyub, bir qazana töküb qaynadırsan. Sonra aşsüzəndən süzür, tutları bir torbaya yığıb, suyunu süzürük və qaynamağa qoyuruq. Qaynayanda kəfini yığırıq. O qədər qaynayır ki, doşab halına düşür. Xəşil yeməyində, zökəmdə istifadə olunur.
Şirniyyatla başlamışıq elə də davam edək.
Bisgəndə
  Qabığı soyulmuş əncir qurusudur. Dəvətikanını qırıb üzərinə ağır taxta qoyurlar. Taxtanın ağırlığından yastılanmış dəvətikanının üstünə səliqə ilə soyulmuş əncirləri düzürlər. Günəş şüası altında 3-4 gün ərzində quruyur.
Şirbədüşəndə
 Bisgəndədən fərqli olaraq qabıqlı halda hazırlanır.
Zincilfərəc
  Ənciri suda azca qaynadırsan, süzüb tavaya tökürsən. Püre əzənlə əzib ədviyyat vurursan - un, darçın, razyana, mixək, doşab qatıb qarışdırırsan. Taxtanı yağlayıb bu kütləni orda yayırsan. Tənziflə örtüb 2-3 gün günəş şüası altında qurumağa qoyursan. Sonra romb formasında kəsib götürürsən.
Mövüc
  Üzüm salxımlarını qaynar suya salıb dəvətikanının üstündə qurudurlar.
Şor qoğal
Bölgələrimizin mətbəxi - paytaxtımız Bakı
Şəkərbura
Bölgələrimizin mətbəxi - paytaxtımız Bakı
http://qadin.net/index.php?newsid=248
Badambura
Bölgələrimizin mətbəxi - paytaxtımız Bakı
http://qadin.net/index.php?newsid=6049
Bakı paxlavası
Bakı kətəsi
Bölgələrimizin mətbəxi - paytaxtımız Bakı
Xəmir üçün : un, yumurta, maya, bitki yağı, vanil, şəkər tozu, duz, süd.
Xəmiri yoğurub və mayalandıqdan sonra açıb,içliyi əlavə edib və rulet formasında büküb bıçaqla kəsirik.
İçi üçün: kərə yağı, şəkər tozu, yumurta, vanil və un.
Bakı qorabiyyəsi
Sübhan(İsfahan)halvası
Bakının məşhur şirniyyatıdır.Buğda cücərtisinin suyundan hazırlanır.
Bölgələrimizin mətbəxi - paytaxtımız Bakı
Keçək yeməklərə.
Corat qutabı
Xəşil
Düşbərə
Bölgələrimizin mətbəxi - paytaxtımız Bakı
http://qadin.net/index.php?newsid=1103
Bir yemək qaşığına ən azı 7-8 ədəd düşbərə yerləşməlidir.
Gürzə
Bölgələrimizin mətbəxi - paytaxtımız Bakı
http://qadin.net/index.php?newsid=9838
Quymaq
Bölgələrimizin mətbəxi - paytaxtımız Bakı
http://qadin.net/index.php?newsid=6525
Mütəccəm
    Leş və ya kütüm balığını yub,doğrayıb, duzlayıb kənara qoyuruq. Sonra soğanı ayrıca qovub, şabalıd, kişmiş, istiot, darçın, sarıkök,lavaşana turşusunu ayrı qabda qarışdırırıq.Sonra 1 qat balıq, 1 qat xuruş təkrarlanmaqla lay-lay düzüb bişməyə qoyuruq. 
Soğanbozbaşı
    Qazana su, lobya əlavə edirik. Başqa qabda yağ-soğan edib  üzərinə sarıkök, düyü, albuxara, şabalıd əlavə edib bişiririk. Axırda 1 yumurta çalıb qatırıq. Nanə səpib süfrəyə veririk.
Şirin kələm dolması
   Çəkili ətə düyü, şabalıd,kişmiş, doşab, abqora qatırsan və da sonra adi kələm dolması kimi bükürsən. Dolmaları büküb başa çatdıqdan sonra üzərinə heyva dilimləri düzürsən. 
Sapa düzülmüş yarpaq dolması.
Bölgələrimizin mətbəxi - paytaxtımız Bakı
Badımcan dolması ( Üç bacı deyirlər bakılılar)
http://qadin.net/index.php?newsid=1592
http://qadin.net/index.php?newsid=8763
Süfrələrimizin şahı plovlar.
Südlü plov
      Süd, zəfəran, duz, düyü əlavə edirsən, azca qayandıb, yağını əlavə edib dəmə qoyursan. Ayrı-ayrılıqda kişmiş, ərik qurusu, xurma qovurursan. Parda bişən balıqla yeyirsən.
Yarma çilov
     Aş qazanına buğda yarması,lobya, düyü əlavə edirik.Bişir, suyunu çəkəndən vəya süzəndən sonra dəmə qoyuruq. Quru balıqla süfrəyə ver.
Bakı salatı
Bölgələrimizin mətbəxi - paytaxtımız Bakı
    Kartof, yerkökü, kələm, yumurta, alma, xiyar, keşniş, şüyüd, göy soğan, xama, duz, istiot.
Kələmi nazik-nazik doğrayıb, duzlayıb və övkəliyirik. Kartof, yerkökü və yumurta suda bişirilir. Soyuduqdan sonra xırda-xırda doğrayırıq. Keşniş, şüyüd və göy soğan doğranıb salata qatırıq. Alma və təzə xiyarı da soyub doğrayırıq. Duz və istiot vurulub, xama tökülüb qarışdırırıq.

 

Əgər bilmədiyim, əlavə etmədiyim hansısa yemək varsa, üzürlü sayın.   

P.S. Sizlərdən də öz bölgənizə aid olan yeməkləri mənə təqdim etməyinizi xahiş edirəm. Ola bilsin ki, mənim də bilmədiklərim olar, sizlərdən öyrənərəm. Öncədən təşəkkür edirəm.

30 may 2013
GO BACK