Qadin.NET / Zamanla ayaqlaşmaq lazımdır

Zamanla ayaqlaşmaq lazımdır

Zamanla ayaqlaşmaq lazımdır
 
Bir neçə vaxtdır ki,saatların əqrəbini 1saat geriyə çəkmişik..Artıq günümüzün ahəngini yeni saatla qurmağa öyrəşmişik.Nə deyirsiniz deyin,çox qəribə insanlarıq biz.Yaman tez öyrəşirik hər şeyə-özümüz heç kimə heçnəyi öyrədə bilməsəkdə.Gah İranlıya baxıb hamımız təsbeh fırlaya-fırlaya saqqız çeynəyirik,gah Avropalıya baxıb soyunuruq,gah da özümüzü yada salıb zamanı geri fırlatmağa çalışırıq.Bügünkü müxtəlif millətlərə bənzəyən və məğlub vəziyyətində yaşayan özümüzdən utanıb geriyə dönmək,kökümüzə qayıtmaq istəyirik.Əsl azərbaycanlı öz qeyrətini,namusunu,şərəfini uca tutan,torpağı uğrunda canını əsirgəməyən,heç bir millətə deyil,yalnız özünə bənzəmək istəyən azəri türkü olduğumuzu sübut etməyə can atırıq.Amma nədənsə bunun üçün zamanı geri qaytarmaq yox,irəli gedib zamanla ayaqlaşmaq lazım olduğunu dərk etmirik.

Biz zamanla ayaqlaşa bilmirik.Ona görə də zamanı geri çəkməyə çalışırıq.Axı onu tutub saxlamağa gücümüz çatmır.Hələ rəhmətliy Sabir deyirdi:
Dindirir əsr bizi,dinməyiriz,
Atılan toplara diksinməyiriz,
Əcnəbi göydə balonlarla gəzir,
Biz hələ avtomobil minməyiriz..
Bu şeirdən sora biz avtomobil də minmişik,göylərə seyrədə çıxmışıq...Çox şey qazanmışıq.Ama itirdiklərimiz daha çoxdur.Ona görədə qazandıqlarımız gözə görünmür.Dəhşət orasındadır ki,biz daha nəsə əldə etmək haqqında deyil,itirdiklərimizə öyrəşmək barədə düşünürük.
Heç 10gün keçməmiş zamanın 1saat geriyə qalmasına öyrəşə bildiy.Heç 20 il keçməmiş Qarabağsız Azərbaycana öyrəşmişik.Daha nələrə öyrəşməliyik??
Hərdən fikirləşirəm görəsən,zamanı 15-20 il geriyə qaytarıb,Qarabağlı günlərimizə dönə bilərikmi?? Yox,bu mümkün deyil..Zaman sürətlə irəliləyir,biz isə onu ildə 1 yol cəmi 1 saat geriyə çəkə bilirik..Nəticədə yenədə geridə qalmış oluruq..Odur ki,biz indi yalnız irəliyə doğru baxmalıyıq...Geridə məğlubiyətimiz durub,irəlidə isə bizi qələbəmiz gözləyir..Biz geri qaldıqca 
qələbəmizə çatmağa gecikirik...Bunu bilə-bilə nəyi gözləyirik görəsən?!
6 noyabr 2010
GO BACK