Bu dəfə sizlərə gözəl Lənkəranımız və Talış mətbəxindən yazacam. Bu mətbəxin adı gəldikdə ilk öncə ləvəngi və limon düşür yadımıza. Lənkəranın, o cümlədən Talış zonasının gəzməli-görməli yerləri olduqca çoxdur. Limonlu çayı isə xüsusi ləzzət verir insana. Odur ki, keçək mətbəximizə.
İlk öncə Lənkəran limonu və çayı ilə başlayım.
Daşma plov
Qoyun əti, düyü, baş soğan, kərə yağı, quru alça, duz, istiot.
Qoyun əti tikələrə doğranır, duz və istiot vurulur, yarımhazır olana qədər bişirilir. Baş soğan xırda doğrayıb, alça qurusu ilə ətə əlavə edirik, sonra xörəyə düyünün həcmindən iki dəfə çox su qatırıq və qaynara düşən kimi düyü töküb suyu çəkilənə qədər bişiririk. Daha sonra kərə yağı əlavə edilir. Dəmə qoymaq üçün düyü qazana tökülür. Düyünü qazana tökdükdən sonra qarışdırmırıq və ət tikələri qazanın dibində qalır.
Süzmə plov
Qara plov
Paxla plov
Boranı plov
Hisə verilimiş kütüm, düyü, lərgə, kərə yağı, darçın, istiot, duz.
Lərgə soyuq suda isladırıq, sonra yuyulmuş düyü ilə birlikdə qazana tökürük və üzərinə su əlavə edirik. Su düyünün üzərindən bir az yuxarı olmalıdır. Duzu suda həll etməliyik. Lərgə plov süzülmür və qaynayıb suyu çəkildikdən sonra kərə yağı əlavə edirik və dəmə qoyuruq. Kütümü su hamamı buxarında bişiririk və plovun yanında süfrəyə veririk.
Mərci plov
Kartof plov
Çəngüru
Çölmək plov
Kəlləpaça plov
Bu bölgədə balıq yeməkləri çox məşhurdur.
Girdəbic balıq
Balıq sırdağı
Şor balıq
Ləvəngilər:
Toyuq ləvəngisi
Badımcan ləvəngisi
Qozlu kükü
Kartof küküsü
Kartof, yerkökü, soğan, şüyüd, yumurta, kərə yağı, duz, istiot.
Soğanı xırda doğrayırıq. Kartof və yerkökünü qaynadırıq və ət maşınından keçiririk. Daha sonra yumurtanı, xırda doğranmış şüyüdü və doğranmış soğanı əlavə edirik. Zövqə uyğun duz və istiot qatırıq.
Badımcan küküsü
Ət küküsü
Xuruşlar: (ət, quş və toyuqdan hazırlanan xörəklər)
Taskababı
Murkutuş
Fisincan
Toyuq, soğan, nar, qara turşu, boranı, duz, qoz. Əvvəlcə toyuğun üzərinə soğan, yarılmış turş nar, qara turşu, duz, 2-3 dilim boranı qatıb üzərinə su tökürük. Bütün bunların üstünə odda qızardılmış nal və yaxud da dəmir parçası qoyub qaynadırıq. Toyuq bişəndən sonra qazandan toyuğu, soğanı, boranını, dəmiri çıxarırıq. Qalan suyu süzür, nar gilələrini isə atırıq. Boranı ilə soğanı birlikdə əzirik. Daha sonra əzilmiş hissəni döyülmüş qozla qarışdırırıq. Sonra da bunları süzdüyümüz su ilə qaynadırıq. Daha sonra alınan qarışığın üzərinə toyuğu da əlavə edib dəmə qoyuruq.
Mütəlcəm
Turşu kabab
Qiyməqatıq
Çölmək kababı
Badımcan sırdağı
Mərci bozbaş
Mal əti, mərci, soğan, kartof,alça qurusu, duz, istiot və zəfəran. Tikələrə ayrılmış ət və qovrulmuş soğanın üzərinə su əlavə edirik, ocağa qoyuruq. Kəfi alınmış ət yarımbişmiş hala gələnə kimi qaynadırıq. Eyni vaxtda mərci ayrıca qazanda bişiririk, sonra suyu süzülərək bişməkdə olan ətin üzərinə əlavə edirik. Sonda qazana kartof, quru alça, duz, zəfəran tökürük və zəif odda bişməyə qoyuruq. Astaralılar mərci-bozbaşı sumaq və şoraba ilə yeyirlər.
Şirniyyatlar:
Qəndi külçə
Bişi
Ziren çörək
Məcüm halvası
Lənkəran külçəsi
Xəmir üçün: Buğda unu,maya, şəkər, yumurta, xama, xaşxaş, kərə yağı, duz.
İç üçün: Buğda unu, şəkər kirşanı, kərə yağı, zəfəran.
Un, şəkər və xama ilə mayalı xəmir yoğruruq. İç hazırlamaq üçün kərə yağı, şəkər kirşanı və zəfəran şirəsini çalırıq və un əlavə edirik. İç dağıla bilən kütlədən ibarət olur. Xəmir gəldikdən sonra onu yayırıq, üzərinə kərə yağı sütürük, bir neçə dəfə əl ilə yayıb qatlayıb və yumşaldırıq. Xəmiri doğrayırıq, 0,8-10 sm qalınlaqda kvadrat formada yayıb, üzərinə iç qoyuruq və qıraqlarını mərkəzə tərəf birləşdiririk. Sonra iki əl arasında basılmaqla yayırıq və ona dairəvi forma veririk. 45-50 dəq. istirahətə qoyub üzərinə yumurta sürtüb, xaşxaş səpirik və 20-25 dəq.bişiririk.
Və əvəzolunmaz Lənkəran çörəyi
Əgər bilmədiyim, əlavə etmədiyim hansısa yemək varsa, üzürlü sayın.
P.S. Sizlərdən də öz bölgənizə aid olan yeməkləri mənə təqdim etməyinizi xahiş edirəm. Ola bilsin ki, mənim də bilmədiklərim olar, sizlərdən öyrənərəm. Öncədən təşəkkür edirəm.