... Hər kəs həyatdan indicə doğulmuş kimi gedir.
***
...Axmaq həmişə Allahdan elə şey istəyir ki, onu özü əldə etməyə qadirdir.
***
...Əgər, Allah insanların yalvarışlarına qulaq assaydı, onda insanlar çoxdan məhv olmuşdu.
***
...Qorxulu görünən adam, heç vaxt qorxusuz yaşaya bilməz.
***
...Nəyin varsa, onunla kifayətlənmək azadlıqdır.
***
...Kim ki, nə tərifə, nə tənqidə məhəl qoyur, nə zərbəyə zərbə ilə cavab verir, nə də pislik edənə pislik arzulayır-beləsinə Allah da qibtə edir.
***
...Tutuquşu və bülbül öz günahlarına görə qəfəsə düşürlər. Leylək isə dustaqlıq nə olduğun bilmir. Susmaq- bütün firavanliqların açarıdır.
***
...Əlində soyuqqanlılıq qılıncı olan kəsə, hansı mərdiməzar xətər yetirə bilər?!
***
...Əgər müdriksənsə-dövlətlinin, hökmdarın, uşağın, qocanın, arvadın, axmağın və müəllimin əleyhinə getmə.
***
...Müəllimi göz-gözə təriflə, dostları və qohumları dalda da, o ğulları heç vaxt tərifləmə.
***
...Xörəyi yeyəndən sonra, arvadı gənclik ötəndən sonra, qəhrəmanı döyüşdən sonra, məhsulu yığımdan sonra təriflə.
***
...Oğulla 5 yaşına kimi şah kimi, 5-dən 15-ə kimi nökər kimi, 15-dən yuxarı dost kimi dolan.
***
...Od odunu yox etdiyi kimi, həsəd də insanı yox edər.
***
...Nitq qüvvəsinin yeri beyin, qəzəb qüvvəsinin yeri ürək, şəhvət qüvvəsinin yeri qara ciyərdir.
***
...Nəfsə əsir olan cəfa görəcək.
***
...Axar suda iki dəfə çimmək olmaz!
***
...Xəstəlik sağlamlığın, şər xeyirin, aclıq toxluğun, yorğunluq istirahətin qədr-qiymətini bildirir.
***
...Tərbiyə xoşbəxt günlərin bəzəyi, bədbəxt günlərin sığınacağıdır.
***
...Kimin ki, dostları var, demək onun dostu yoxdu.
***
...Az bildiyini etiraf etmək üçün gərək çox öyrənəsən.
***
...Qəlbi elmi mübarizənin və məhəbbətin yolunda çırpınmayan adam nahaq anadan olub, nahaq yerə anasının cavanlığını əlindən alıb.
***
...İnsan ömrünü heç bir şey həyatın sakit keçməsi qədər uzatmır.