Qadin.NET / Nihat Hatiboğlunun həyatı

Nihat Hatiboğlunun həyatı

Nihat Hatiboğlunun həyatı

Nihat Hatipoğlu 1955-ci ildə  Diyarbəkirdə anadan olub. Diyarbəkir, Sirt və Malatyada ibtidai təhsilini alıb. 1975-ci ildə İmam-Xətib Liseyini bitirib. 1981-ci ildə Ankara Universiteti İlahiyyət Fakültəsini qurtarıb. 

1985-1987-ci illər arasında Misirdə ərəbcə təhsil alıb. İmam-Xətib, Quran Kursları Müdirliyi vəzifələrində çalışıb. Hal-hazırda Dini İşlər Başçılığı Din İşləri Ali təşkilatı Mütəxəssisi vəzifəsində çalışır.

Bir çox kanal və radiolarda dini proqramları hazırlayıb, təqdim edib. 

Qırxa yaxın kaset, CD, VCD-i var. Ölkədən xaricdə də ardıcıl olaraq konfranslar aparır. Yazı və  məqalələri  dini jurnal, islami 

Araşdırmalar və buna oxşar jurnallarda nəşr olunub.

Hatipoğlu evli və üç uşaq atasıdır.

Dosent Dr. Nihat Hatipoğlunun izahı ilə atası  Heydər Hatipoğlu: 

Atam, Rəsulullah (s.a.v)-ın qonşusu olub...
23 may 1995-ci ildə gecə yarısı biz Esenboğa aerodroma gələcək təyyarəni gözləyərkən Mədinetür - Rəsula zəng edən diş həkimi qardaşım Fateh titrək səsiylə belə dedi: "Biz atamızı kürəkən etdik. Aşiqi Məşuqa, Rəsulullaha təslim etdik. Cənnətül Baki qəbiristanlığında qonaq edəcəyik."

Mən o anda əlimizdən nəyin getdiyini çox yaxşı bilirdim. 1987-ci ildə Misirə gələndə Əzhər üləmasının: "Sizin kimi bir alimin Türkiyədə ola biləcəyini düşünə bilməzdik" dedikləri Heydər Hatipoğlu müəllimimin - atamın getdiyini anladım. Hədis, təfsir, fiqh, fəraiz, bədii, Məani, bəyan, nəhayət, bütün dini sahələrdə hüccət olan bir alimin torpağa gedəcəyini bilirdim.

O, həmişə Mədinəliydi. Yatarkən, yemək yeyərkən, oturarkən, kitab oxuyarkən həmişə Ravzadaydı. Allah da şahiddir ki Hz. Məhəmməd (s.a.s) adını istifadə etdiyi hər səfərində boğazı düyümlənirdi. Əfəndimizin adını rahat istifadə edəndə mütləq ağlayardı. Gecə yarıları qalxar, təhəccüt namazı qılardı. Rəsulullaha eşqini elan edən qəsidələr oxuyardı. Səhərlər səccadəsinə əlimi sürtdüyümdə səcdə yeri hələ yaş olardı. Onu həmişə belə xatırlayacağam: kitabxanasında önünə bir neçə kitabı açmış, qeydlər edir, kitab üzərində və ya hər hansı bir münasibətlə Rəsulullahın adını xatırladıqda dodaqları büzülüb saqqalından aşağı yaşlar axır, gördüyü kim olursa olsun, üzünə təbəssüm edir, səccadə üzərində sarığını qucaqlayır, evdən çıxmazdan qabaq duha namazı qılır. Quran oxuduqda bəzi ayələri dönüb-dönüb bir daha oxuyur və yüksək səslə ağlayır, alacağı hər qərarda istixarəyə yatır, Quran və sünnə uğruna canını fəda etməkdən zərrə qədər çəkinmir və ən çətin şərtlərdə Quran və Sünnənin, yəni əhli-sünnə əqidəsinin bir fədaisi kimi həmişə önə çıxır. Allah sənə rəhmət etsin. Amin.

 

Nihat Hatiboğlunun həyatı

 

Cənnət məkan atam, səni xatırlayıram! İbn-i Macənin şərh edirdin. Rəsulullahın vəfatı hissəsini bir ayda bitirə bilmişdin. "Rəsulullahın əli yana düşdü..." deyirdin, sonra ağlayırdın. Bir saat çəkirdi ağlamağın. "Get, bu gün daha yaza bilmərik" deyirdin. Katibin olan mən və qardaşım qalxırdı. İkinci gün otururduq. "Və Rəsulullahın qızdırması qalxdı" deyirdin, sonra yenə hönkür-hönkür ağlayırdın. Sanki o an oradaymış kimi. Rəsulullahın vəfatını necə yazdığımızı bir Allah, bir sən, mən və qardaşım bilirik.

Abdülhakim Arvasi (ks) -ın qəbrini ziyarətə gedəcəyimiz gün maşınəmıza minəndə anamın ətir istifadə etdiyini başa düşdün. Artıq yaşlı sayılan anama: "Xanım, get ətrini, iyini apar, elə min maşına. Ətirlər vurub də çölə çıxan qadına, Peyğəmbərimiz: Mələklər lənət edərlər" demişdir, deyib anamı təkrar evə göndərdiyini xatırlayıram. İslamın heç bir hökmünü kimsəyə, heç bir şeyə fəda etmədin. Heç bir zaman kölgəyə sığınmadın. İslamın həqiqətini söyləyərkən heç bir qınayanın qınaması səni zərrə qədər təsir etmədi. Allah və Rəsulu şahiddir ki həmişə elə yaşadın, ailən içində heç bir günaha - harama icazə vermədin.

Vəfatından sonra Aşağı Eyləncənin camaatı gəldi. Getmədən Mədinədə inşAllah qalacağını elan etmisən. Kiminə: "Rəsulullaha bir arzu halım var, inşAllah bu il cavab alacağam" demişsən, kiminə: "Mədinədən Firkat mənim içimi yandırır. Nə zaman Rəsulullaha qonşu olacağam, gözləyirəm" demişsən. Daha nələr nələr demişsən... Allah sənin məqamını ali etsin. Allah səndən milyardlarla dəfə razı olsun. Sən vəfat edərkən də bizə dərs verdin.

18 May Mədinədən dönəcəkdi. 25-dən təxirə saldı. Sənin sinəndən ağrı hiss etdiyini bilincə bir an əvvəl gəlmək üçün cəhdlər etdik. Mədinədəki qardaşım, dini işlər üzrə vəzifəlilər, Mədinəli bəzi vasitəçilər - hər kəs səfərbər oldu. 18:30 təyyarəsi olmasına baxmayaraq sənin könlün 22:30 təyyarəsində idi. Anam deyir ki, avtomobilə minən dönüb-dönüb Ravzayı Mutahharaya baxıb ağlayırsanmış. Aeroporta gəldin. Əşyalarla heç maraqlanmadın. Anam soruşduqda: "Narahat olma, əşya gedəcək" dedin. Oradakı Kamil Bəyə bütün pulu vermək istədin. Seyid, pulun sənə lazım olar desə də, min dolları verib: "Oğlum, mənim bundan sonra pul ilə işim qurtardı." dedin. Yenə başa düşmədilər. Nəhayət mərhələləri keçdin, təyyarə 23:30-a təxirə salındı. Hər kəsi təyyarə üçün avtobusa minərkən Sivaslı həkim Məcnun bəyin və o birilərin şəhadətilə minməməyə çalışırdın. Ayaqlarınız getmirdi. Son anda həkimə "gəl dəstəmaz alaq" dedin. Dəstəmaz aldınız. Hər kəs minməyə hazırlaşarkən siz sakit oldunuz. Sizi görənlər deyir: "Müəllimimiz bir xəbər gözləyir, xəbər gecikmiş deyə narahatdır". Həkim sizdən soruşdu: "Bu neçənci həcc!" gülümsədin, əlini yelləyib: "Bundan sonra sayıla bilməz" dedin. Yenə kimsə başa düşmədi. Amma sən nə dediyini yaxşı bilirdin. Çünki orada həcc mövsümündə dəfn qiyamətə qədər həcc edər. Sonra oturduğun yerdə, sanki gələn xəbərçiləri görmüş kimi başını yana çevirdin və kürsü üzərinə əyildin o qədər. Nə bir çırpınmaq, nə bir hərəkət. Hacılar təkbir gətirdilər, səni öpdülər. Ağladılar, sənə müjdə verdilər. Sonra dedilər ki: "Müəllimizin pasport əməliyyatı bitdiyi üçün təyyarəyə qoyub Türkiyəyə aparaq." Bu səfər cibindəki pasportu itdi. Tam bir saat da təyyarə onun üçün təxirə salındı. Pasportu tapa bilmədilər. Tapsalar da bəlkə səni bura gətirəcəkdilər. Bəlkə sənin o gözəl üzünü görəcəkdim. Amma sən Həbibinə uzaq olacaqdın. Səni buraxdılar. Təyyarə qalxdı, baxdılar ki pasport cibindədir.

 

Nihat Hatiboğlunun həyatı

 

O gün səhər namazında Məscidii Səadətdə bir sənin cənazən vardı. Sənin cənazənə bütün camaat gəlmişdi. 

Səni Hz. Osmana yaxın bir ərazidə dəfn etmişdilər. Səni görən hər kəs son üç-dörd gün ərzində üzünün saqqalından daha ağ hala gəldiyini söyləyirlər. Dr. Saleh Bəy: "Son bir günündə müəllimimin dünyayla bütün əlaqəsi kəsilmişdi. Bunu sözlərlə izah etmək mümkün deyil. Sanki bədən yox, ruh kimi idi", deyir. 

Atam! Mən səni tərifləmirəm. Mən Allahın Rəsuluna eşqini tərifləyirəm. Rəsulullah sənə sevgi buyurmuş. Mən Allahın Həbibini tərifləyirəm. Salavat Ona, salam Ona... İbni Macənin bitirdiyi günü xatırlayıram. Ah deyə qışqırmış, ağlamışdı. Tam bir saat sürmüşdü. Anam bizi otağa qoymamışdı. Sonra nə oldu deyə soruşduq,  dedi ki, "Atan deyir ki, İbn-i Macənin yazdıqca hər gecə Rəsulullahın yanındaydım. Ya mən bundan sonra nə edərəm?" demişdin.

Sənin həsrətin bitdi. Vüslat oldu. Səhabələrin qucağında Cənnetül-Baki (Baki qəbiristanlığı) əhlinə veriləcək ümumi və vacib olan şəfaəti gözləyirsən. İndi biz həsrəti yaşayırıq. Bu həsrət sənin sevgilin olan Allah Rəsuluna qovuşduğumuz gün bitəcək demək cürətini özümdə tapa bilmirəm.

Cənazəni görənlər, səni yuyan Molla Burhan həmişə sənin o gözəl üzündə təbəssüm olduğunu söyləyirlər. Onu öpdüm, öpdüm deyirlər. Ah, kaş ki mənə də nəsib olsaydı. Meyitxanaya qoyduq, meyitxanaya gözəl bir nisbət qoxusu girdi deyirlər. Mənə hər kəs "ah, atanın üzü yaxın idi!" deyirlər. Görəcəyəm inşAllah, həsrətim bitdiyi vüslat günündə görəcəyəm inşAllah.

Kitablarına sahib çıxacağam. Sənin baxdığın yerlər çox uzaq, amma olsun, baxacağam. Sənin oğlun olmağı şərəflə daşıyacağam. Sənin bizə öyrətdiyin xətt, kitab və sünnə ölçüsü nəfəsim çıxana qədər davam edəcək. Çünki sən Rəsulullaha necə aşiq oluna biləcəyini göstərdin bizə, öyrətdin bizə. Allah Rəsuluna və Hz. Ömərə söykənən soyunla sən məkanını tapdın.

Dini İşlər Başçılığı sənə bir çox xətm oxutdu. Yüzlərlə yerdə qiyabi cənazə namazı qılındı. Hər kəsdən Allah razı olsun.

Bütün mömin qardaşlarım sənə haqlarını halal etdilər, eşidən hər kəs də edəcək inşAllah.

Rövzeyi-Mutəhhərənin sahibinə salavat və salam olsun; Bakinın sakinlərinə rəhmət və salam olsun.

Din İşləri Ali təşkilatı Professoru Nihat Hatipoğlu

Bu yazını oxduqca adamı ağlamaq tutur, kaş ki, biz də belə yaşayan möminlərdən olsaydıq. :(

17 iyun 2013
GO BACK