Qadin.NET / Solaxaylığı tərgitmək vacibdirmi?

Solaxaylığı tərgitmək vacibdirmi?

Solaxaylığı tərgitmək vacibdirmi?
      Yəqin ki hər kəs hansı gözünün daha yaxşı gördüyünü, hansı qulağının ağır eşitdiyini bilir. İnsanın əli, ayağıda bunun kimidir. Daha yaxşı eşidən qulağımız ,görən gözümüz aparıcıdır-dominantdır. Məsələn: Adi bir təcrübə keçirin. Qollarınızı sinənizdə çarpazlayıb, əllərinizi qoynunuza qoyun. Bu hərəkəti neçə dəfə təkrar etsəniz, görəcəksiniz ki, hansı qolunuzsa hər dəfə üstə düşür. Yaxud da topa zərbəni hər dəfə eyni ayağınızla vurursunuz.

     Bütün bunlar hərədə bir cür özünü büruzə verən fərdi asimmetriyanın nişanələridir. Məsələn, adamların bir çoxunda sağ əl, sol əldən çevikdir, qüvvətlidir, mahirdir. Amma elələri vardır ki ,onlarda tərsinədir- sol əl daha işləkdir, sağ əl ona köməkçidir.
     Kişilər arasında solaxaylıq qadınlara nisbətən iki dəfə çox müşahidə edilir. Alimlər bunu qız uşaqlarının erkən yaşlarda daha mülayim, sözəbaxan olması ilə izah edirlər. Oğlanlara nisbətən qızlara sağ əllə işləməyi öyrətmək daha asandır. 

     Solaxaylığın səbəbləri hələ elmə məlum deyildir. İndi gəlin baxaq, sol əllə yazan uşağı sağ ələ keçirmək lazımdırmı? Əksər valideynlər, məktəbdə müəllimlər, bağçada tərbiyəçilər qəti fikirdədirlər ki, solaxay uşağı bu  adətdən çəkindirmək və onu sağ əllə işləməyə öyrətmək lazımdır. Uşağı inandırmaq istəyirlər ki, bu çox pis adətdir və ən azından ədəbsizlikdir. Bunun üstündə  hətta uşağı cəzalandırılar da.
     Yadda saxlamaq lazımdır ki, solaxay uşağı sağ əllə yazmağa məcbur etmək  çox zaman əsəbiliyə səbəb olur. Uşağın yuxusu pozulur, gecələr səksəkə ilə yatır, qorxmağa başlayır, tez-tez diksinir. Hətta bəzilərində qıcolmalar, kəkələmələr baş verir, gecə sidiyini saxlaya bilmir və yerini batırır.
     Solaxayı sağ ələ məcbur etdikdə  uşaqlar yazılı tapşırıqlar zamanı uşaqlardan geri qalır, xətti pis olur. Ləng yazır və hətta uşaqda oxumaq həvəsi itir. Səhərlər məktəbə getmək məsələsi gələndə əhvalı pozulur.
     Digər uşaqlarda solaxaylıqdan sağ ələ keçmək ekzemanın baş verməsi, bronxial astma və s. xəstəliklərin baş verməsi müşahidə olunur.
     Alimlər belə müəyyən etmişlər ki, solaxaylarda beyinyarımkürələrini funksional xüsusiyyətlərinin yalnız sol ələ üstünlük verməklə özünü göstərmir. Bu cür adamlar dah da güclü təəssürüata malikdirlər. Tez təsirlənən, tez inciyən, əhvalı tez-tez dəyişən olurlar. Kişilər qadınlara nisbətən dah da şən, zarafatcıl, qadınlar isə zahirən sakit, təmkinli görünsələr də daxilən qəmə meylli olurlar. Hər iki cins narahat təbiətli olur. Onların emosional aləmi çox zərif, incə, əsəb sistemi daha kövrəkdir.
Solaxay adamlar rəngarəng və yaradıcı əməyə daha meyl edirlər. Yeknəsək əmək onları cəlb etmir. Heykəltaraşlar, rəssamlar, artistlər, cərrahlar, modelçilər arasında solaxayların faizi daha çoxdur.

     İdmanın bir sıra növündə onlar uğur qazanırlar. Solaxay adamın sümükləri zərif, çiyinləri ensiz olur. Boks, qılıncoynatma, tennis, futbol onlara müyəssərdir. Bu onunla izah olunur ki, fəzagörmə qavrayışı üçün sağ əlli adamlarda beyinin sağ yarım kürəsi, hərəkət fəallığı üçün  isə sol yarım kürəsi cavabdehdir. Sağ yarım kürənin sinir impulslarının sol ələ, sonra isə sağ ələ çatmağı üçün vaxt lazımdır. Solaxay adamlarda isə bu əlaqə sadələşib- beyinin sağ yarımkürəsi görmə obrazını həm qavrayır, həm də sol əlin hərəkətinə nəzarət edir. Nəticədə, solaxay adamın reaksiyası bir neçə millisaniyə tezləşir. İdman yarışlarında bu hiss olunacaq üstünlükdür. Deməli, solaxaylıq adət deyil. Həmçinin ona qüsur demək tamamilə yanlış fikirdir. Bu şəxsiyyətin fərdi xüsusiyyətidir ki, onunla hesablaşmaq lazımdır. Elə uğur qazanmış insanların bir çoxu da solaxaydır. 

Solaxaylığı tərgitmək vacibdirmi?
17 may 2013
GO BACK