Qadin.NET / Evlilik haqqında 8 həqiqət

Evlilik haqqında 8 həqiqət

Niyə ağ gəlin paltarı?

Gəlinliklər hər zaman ağ deyildilər. Tarixdə ənənəvi olaraq qırmızı, mavi, çəhrayı və hətta qara rəngli, gümüş və qızıl tikişli modellərdən istifadə edilmişdir. Məsələn, Qədim Romada gəlinliklərin rəngi sarı imış. Ağ gəlinlik adəti Birləşmiş krallıq və İrlandiya kraliçası olan Kraliça Viktoriyanın 21 yaşında şahzadə Albertlə evlənməsiylə yayılmışdır. Beləliklə, artıq ağ gəlinlik modelləri seçilməyə başlanmışdı. 

Evlilik haqqında 8 həqiqət

Öpərək yuxudan oyandırmaq

Bu maraqlı həqiqət xüsusilə kişilərin marağını cəlb edəcək. Səhərlər həyat yoldaşlarını öpərək oyandıran kişilərin 5 il daha uzun yaşadıqları deyilir. Bu həqiqət xüsusilə evliliklə əlaqədar mənfi fikirdə olan kişilər üçün sevindiricidir. Yoxsa hər işdə bir xeyirmi var? biggrin

Fədakarlığın təsiri

2006-cı ildə aparılan araşdırmada evlilikdə fədakar olmağın səadət və dinclik baxımından olduqca əhəmiyyətli bir amil olduğu təsdiq olunmuşdur. Bu araşdırmada iştirakçıların "Sevdiyim adam əzab çəkincə, mən çəkim. Həyatla əlaqədar arzu və istəklərimi sevdiyim şəxsin arzu və istəklərinə qurban edərəm" kimi ifadələrə göstərdikləri reaksiyalar ölçülmüşdr. Bu ifadələri təsdiq edən iştirakçılara fədakarlıqdan başqa çaşdırıcı suallar da verilmiş və nəticədə evliliklərində diqqətəçarpacaq dərəcədə xoşbəxt olduqları ortaya çıxmışdır.

Evlilik haqqında 8 həqiqət

Evlilik üzüyünün hekayəsi

Evlənərkən üzük taxma adəti Misir və Roma dövrlərinə qədər gedib çıxır. Misirlilər halqa şəklindəki cisimlərin başlanğıc və sonunun olmamasını və sonsuzluğu təmsil etməsini evliliklə əlaqələndirblər. Tarixdəki qeydlərə görə, ilk nişan üzüyü almaz imiş və Avstrya ershersoqu Maximilian bu üzüyü Merinin barmağına taxmışdır.

Evlilik haqqında 8 həqiqət

Gülümsəməyin əhəmiyyəti

Sevdiyinzlə aranızda evlilik qərarı verməniz şübhəsiz ki, olduqca xoşdur. Bu qərarı vermə ərəfəsindəsinizsə, əvvəlcə onun məktəb illərini araşdırın. 2009-cu ildə aparılan araşdırmada elm adamları müxtəlif insanların məktəb illərindəki gülümsəmək tezliklərini 1-10 arasında qiymətləndirmişlər. Nəticə gözlənilən kimi olmuşdu. Daha çox gülən, ən çox səs yığan və 10%-lik hissəyə girən heç kim boşanmamışdı. Siyahının ən sonunda şəkillərdə çox gülməyən və ən az balı olan 10% insan yer alıb ki, onların da yarıdan çoxunun evlilikləri boşanma ilə bitmişdir. 

Evlilik haqqında 8 həqiqət

Evlilik təklifi

Ən müasir evlilik təkliflərini, bildiyiniz kimi, kişilər edir. Ancaq təbii ki, bəzən qadınlar da evlilik təklifi edir. Qadınların kişilərə evlilik təklif etmə dəbi yeni deyil, əsrlər əvvələ söykənir. 1228-ci ildə Şotlandiyada qadınlar kişilərə evlilik təklifi etmə hüququ qazandıqdan sonra bu dəb Avropanın digər ölkələrinə də yayılmışdır.

Evlilik haqqında 8 həqiqət
Şiddət meyli azalır.

Bəlkə də tək istədiyiniz sevgidir. Ya da heç olmasa başınız bəladan uzaq olsun istəyirsiniz. Kim bilir?

2010-cu ildə edilən bir araşdırmada evliliyin kişilərdəki şiddət meylini 35% azaltdığı sübut olunmuşdur. Araşdırmanı reallaşdıranlar, əslində şiddətə meyli az olan kişilərin evlənməyə daha uyğun olduğunumu, yoxsa evləndikdən sonramı şiddət meylinə düşdüklərini açıqlaya bilməmişlər.

Siz necə düşünürsüz? 

Evlilik haqqında 8 həqiqət

Üzük taxılan barmağın əhəmiyyəti nədir?

Evlilik üzüyü sol əlin sərçə barmağnın yanındakı barmağa taxılması qədim dövrlərə söykənir.

Romalılar bu xüsusi barmaqdakı "vena amoris" yəni eşq damarı dedikləri damarın birbaşa ürəyə çatdığını düşünür və evlilik üzüyünü bu barmağa taxırlarmış.

Bütün Qadın.net xanımlarına Allah xoşbəxt ailə həyatı qurmağı nəsib etsin.Amin

27 aprel 2013
GO BACK