Qadin.NET / Bölgələrimizin Mətbəxi-Zaqatala

Bölgələrimizin Mətbəxi-Zaqatala

Əziz Qadin.Net istifadəçiləri.Bu gün mən sizə, vətənimizin dilbər guşələrindən biri olan, cənnətməkan Zaqatalanın mətbəxini təqdim edəcəm.Ümidvaram ki, sizin də xoşunuza gələcək.

Sürhüllü:
Bölgələrimizin Mətbəxi-Zaqatala
Qurudulmuş ət:
Əminəm ki, çoxlarınıza maraqlıdır  quru ət nədir?Onu necə hazırlayırlar?İlk öncə onu qeyd edim ki,bu çox dadlı olur.Onu da deyim ki, Zaqatalada qış fəslinin daimi yeməyidi sürhüllü.Hazırlanması o qədər də çətin deyil.
Yayda ət bolluca duzlanıb təndirə asılır və qurudulur.Əllbətdə ki, bununla bitmir.Ət təmiz quruyanadək bu proses davam edir.Hətta kəndlərdə odun sobasının istisində də qurudulur.Ət elə qurumalıdır ki, tərkibində su qalmasın.Yaxşı qurumamış ət bir müddətdən sonra kiflənə bilər.
Bölgələrimizin Mətbəxi-Zaqatala
Mantı:
Bölgələrimizin Mətbəxi-Zaqatala
Mantının bişirilmə qaydası bir az fərqlidi.Digərlərindən fərqli olaraq mantı suda yox,buxarda bişir.Mantını adi qazanda hazırlamaq  olmur.Mantı ayrıca,buxar qazanında bişirilir.Adi xəngəl xəmiri yoğrlur iri kvadrat fomasında kəsilir və içərisinə ətli qiymə qoyulub şəkildəki formada bükülür.Sonra qazana düzülür və buxarda bişirilir.
Bakıda qutab deyilən yeməyə Zaqatalada kətə deyilir.Balqabaq kətəsi,şor kətəsi,gicitkən kətəsi,ət kətəsi.
Bölgələrimizin Mətbəxi-Zaqatala
Çolpalı,şorbalı yarpaq xəngəli:
Bölgələrimizin Mətbəxi-Zaqatala
Gürzə:
Qoz və ya fındıqla hazırlanan rulet:
Adi kətə xəmiri yoğrulur, eyni qayda ilə hazırlanır.Sadəcə olaraq içinə umac yox, qovrulmuş qoz ləpəsi,şəkər tozu, bir az da zövqə görə ədviyyat vurulur.Üzərinə yumurtanin sarısı çəkilib, 200 dərəcədə bişirilir. 
Bölgələrimizin Mətbəxi-Zaqatala
Bu da paxlava:
Bölgələrimizin Mətbəxi-Zaqatala
Qoz mürəbbəsi:
Hazırlanması nə qədər çətin olsa da dadı bir o qədər gözəldi.Qoz mürəbbəsi nə az nə çox 10 günə hazırlanır.Təzə, hələ qabığı bərkiməmiş qoz əhəngə qoyulur, bir müddətdən sonra bişirilir.
Bölgələrimizin Mətbəxi-Zaqatala
Gül mürəbbəsi:
Qarpız mürəbbəsi:
Bölgələrimizin Mətbəxi-Zaqatala
Məşhur qozumuz.
Bölgələrimizin Mətbəxi-Zaqatala
Və ən sonda Zaqatalamızın hər dərdə dəva, təbii, ən qiymətli təamlarından biri olan bal.
Bölgələrimizin Mətbəxi-Zaqatala

4 avqust 2013
GO BACK